Bu ilin doqquz ayında İstanbul boğazından 31 mindən çox gəmi keçib AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
İstanbul, 15 noyabr, Günel Karatepe, AZƏRTAC
Cari ilin doqquz ayı ərzində İstanbulun Bosfor boğazından 31 min 161 gəmi keçidi qeydə alınıb. Onlardan 11 min 665-i karqo gəmisidir.
AZƏRTAC xəbər verir ki, bu dövr ərzində İstanbul boğazından istifadə edən gəmilərin daşıdığı yüklərlə ümumi həcmi 487 milyon 659 min 44 ton olaraq qeydə alınıb.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin hesablamalarına görə, boğazdan ən az çəkidə yük fevral ayında (49 milyon 382 min 590 ton) daşınıb.
Statistik rəqəmlərə əsasən, bu ilin yanvar-sentyabr ayları ərzində Bosfordan hər gün orta hesabla 114 gəmi (orta hesabla saatda 5 gəmi) keçib.
Baxış sayı:100
Bu xəbər 15 Noyabr 2024 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















