Bu ilin yanvarsentyabr ayları ərzində doğumların və ölümlərin sayı azalıb
Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.
Bu ilin yanvar-sentyabr ayları ərzində doğumların və ölümlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.
Missiya.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 77 min 172 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,1-ə düşüb. Məlumata görə, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,0 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,0 faiz olub.
"Həmçinin cari ilin doqquz ayı ərzində ölkədə 43 min 932 ölüm halı qeydə alınıb və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 5,9-dan 5,7-yə düşüb", - məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 18 Noyabr 2024 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















