Bu imtahanların vaxtı dəyişdirilir
Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.
İmtahan iştirakçılarının nəzərinə çatdırmaq istəyirik ki, Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 4-də və daha sonrakı tarixlərdə, eləcə də, iyun, iyul, avqust və sentyabr aylarında kağız daşıyıcılar vasitəsilə keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq.
Metbuat.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, iştirakçılar nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış - saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmırlar.
"Bundan əlavə, kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və buraxılış vərəqəsində həmin vaxt göstərilir. Ona görə də, imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Hər hansı bir imtahan üçün buraxılış vərəqəsi imtahandan 5-7 gün öncə DİM-in saytına yerləşdirilir",- deyə əlavə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 30 Aprel 2025 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















