Icma.az
close
up
RU
Bu işçilər ixtisara düşəndə 2 800 manat MÜAVİNƏT ALACAQLAR

Bu işçilər ixtisara düşəndə 2 800 manat MÜAVİNƏT ALACAQLAR

Icma.az, Bizim media saytına istinadən bildirir.

Qanunvericiliyə əsasən, müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər.
Bizim.Media xəbər verir ki, iqtisadçı-ekspert Allahverdi Aydın “Trend.az”a açıqlamasında xatırladıb ki, bu hallarda əmək müqaviləsinə xitam verilən işçiyə müəyyən ödəmələr həyata keçirilməlidir.
Belə ki, işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:
- bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;
- bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
- beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
- on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
Həmçinin, işəgötürən yuxarıda nəzərdə tutulan müavinətdən əlavə ay tamam olmadığı hallarda faktiki işlədiyi günlər üçün əməkhaqqı və əgər istifadə edilməmiş məzuniyyət günləri varsa, buna görə də kompensasiya ödəyir.
Ekspert 1 100 manat əməkhaqqı alan işçiyə bu hallarda nə qədər müavinət ödəniləcəyinə dair hesablama aparıb:
“Misal üçün deyək ki, Kamran adlı şəxs “ABC” MMC-də 10.03.2023-cü il tarixindən baş mühəndis vəzifəsində çalışır. O, işə qəbul olunduğu tarixdən əmək müqaviləsinə xitam verilən tarixədək aylıq 1 100 manat əməkhaqqı alıb. Kamran işlədiyi müddətdə əmək məzuniyyətindən iki dəfə istifadə edib. “ABC” MMC-nin fəaliyyətinə xitam verildiyi üçün Kamranın əmək müqaviləsinə 10.02.2026-cı il tarixdən xitam verilib.
Bu halda əmək müqaviləsinə xitam verildiyi tarixə Kamrana ödənilməli olan son haqq-hesab bu şəkildə hesablanır:
Əvvəlcə, işlənmiş iş günləri üçün əməkhaqqı hesablanır. İstehsalat təqviminə əsasən, 2026-cı ilin fevral ayında 21 iş günü var. Kamran fevral ayında 7 iş günü çalışıb və son iş günü 10 fevral tarixidir.
1 100 : 21 = 52,4 manat;
52,4 × 7 = 366,7 manat.
Daha sonra istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanır:
Kamran işlədiyi müddətdə əmək məzuniyyəti hüququndan iki dəfə istifadə etməyib. O, 10.03.2023 – 10.03.2025-ci il tarixlərini əhatə edən iki iş ilində məzuniyyət hüququndan istifadə edib. Lakin 10.03.2025-ci il tarixindən sonra məzuniyyət hüququndan istifadə etməyib.
“ABC” MMC-də mühəndis vəzifəsində işləyən Kamranın bir iş ilində 30 təqvim günü məzuniyyət hüququ var. Kamran sonuncu iş ilində 11 ay işləyib. Hər ay üçün orta məzuniyyət günü 2,5 gün (30 / 12 = 2,5) edir. 11 ay üçün isə 27,5 gün (11 × 2,5 = 27,5) edir.
Orta aylıq əməkhaqqının 1 100 manat olduğunu nəzərə aldığımız zaman məzuniyyətə görə kompensasiya aşağıdakı kimi olur:
(1 100 : 30,4) × 27,5 = 995,1 manat.
Kamrana işinə xitam verilməsinə görə ödəniləcək işdənçıxarma müavinətinin məbləği isə aşağıdakı kimi olacaq:
Ödənişdən əvvəlki iki ay – dekabr və yanvar ayları üzrə Kamranın gəliri 2 200 manat (1100 × 2) olub. Həmin aylarda iş günlərinin sayı 40 gün olub. Nəticədə bir günlük əməkhaqqı 55 manat (2 200 : 40) olacaq.
2026-cı il üzrə orta aylıq iş günlərinin sayı 20,08 gün qəbul edildiyi üçün Kamrana veriləcək orta aylıq əməkhaqqının məbləği 1 104,4 manat (55 × 20,08) olacaq. Kamranın iş stajı bir ildən çox, beş ildən az olduğu üçün ona orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında müavinət – 1 546,2 manat (1 104,4 × 1,4 = 1546,2) veriləcək.
 

Vergi Məcəlləsinə əsasən, müəssisənin fəaliyyəti dayandığı zaman əmək müqaviləsinə xitam verildikdə işçilərə ödənilən təminatlar gəlir vergisindən və sosial ödənişlərdən azad edilir. Lakin işlənmiş iş günləri üçün əməkhaqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya vergi və digər sosial ödənişlərdən azad olunmur.


Bu səbəbdən Kamrana ödəniləcək 366,7 manat işlənmiş iş günləri üçün əməkhaqqından və 995,1 manat istifadə edilməmiş məzuniyyətə görə kompensasiyadan cəmi 156,2 manat (DSMF (122,2) + işsizlik sığortası (6,8) + icbari tibbi sığorta (27,2) = 156,2) tutulacaq.
Bütün bunlardan sonra son haqq-hesab məbləği bu şəkildə olacaq:
334,9 manat (işlənmiş günlər üçün əməkhaqqı) + 884,7 manat (istifadə edilməmiş məzuniyyətə görə kompensasiya) + 1 546,2 manat (işdənçıxarma müavinəti) = 2 765,8 manat.
Deməli, bu nümunədən də göründüyü kimi, ayda 1 100 manat əməkhaqqı alan bir şəxsin müəssisənin fəaliyyəti dayandığı üçün əmək müqaviləsinə xitam verilərsə, işəgötürən ona 2 765,8 manat ödəməlidir”.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Fevral 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri