Icma.az
close
up
RU
Bu ixtisasların tələbələri 3 il oxuya bilər Açıqlama

Bu ixtisasların tələbələri 3 il oxuya bilər Açıqlama

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycanda bəzi bakalavr ixtisaslarının təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi mümkündür. Bu dəyişiklik bütün ixtisaslara şamil edilməyəcək və yalnız mütəxəssislərin rəyi əsasında müəyyən sahələr üzrə tətbiq oluna bilər.
Nəzərdə tutulan sahələrin hansının 3 illik olma ehtimalı daha yüksəkdir?
Təhsil eksperti Əmrah Həsənli Demokrat.az-a mövzu ilə bağlı danışıb. Onun sözlərinə görə, ali təhsildə 4 illik bakalavr proqramlarının 3 ilə endirilməsi təşəbbüsü dünya təhsil sistemində, xüsusən Avropa ali təhsil məkanında – Boloniya prosesi çərçivəsində geniş tətbiq olunan və əmək bazarının dinamikasına uyğunlaşmağa hesablanmış müasir modeldir:

“Bu modelin əsas fəlsəfəsi tələbəyə uzun illər ərzində yalnız nəzəri biliklər vermək deyil, daha sıx, intensiv və tətbiqyönümlü proqram vasitəsilə onu qısa müddətdə əmək bazarına inteqrasiya etməkdir. Azərbaycan reallığında isə bu qaydanın bütün ixtisaslara şamil edilməməsi tamamilə doğru və əsaslı yanaşmadır. Çünki tibb, mühəndislik, hüquq, pedaqogika kimi yüksək məsuliyyət və uzunmüddətli təcrübə, fundamental elmi baza tələb edən sahələrdə təhsil müddətinin azaldılması kadr keyfiyyətinə mənfi təsir göstərə bilər. Lakin 3 illik təhsil modelinin daha çox ehtiyac olan ixtisaslarda tətbiqi mümkündür. Məsələn, informasiya texnologiyaları, proqram təminatı, veb-dizayn, rəqəmsal marketinq kimi sahələrdə texnologiyalar çox sürətlə dəyişir. 4 illik nəzəri proqramlar həmin sürətə çatana qədər müəyyən qədər köhnələ bilər. Bu istiqamətlərdə 3 illik, intensiv və praktiki layihələrə əsaslanan proqramlar tələbənin daha tez əmək bazarına çıxmasına şərait yarada bilər”.
Ekspert həmçinin biznes, marketinq, menecment, turizm və xidmət sektoru üzrə ixtisaslarda da nəzəriyyədən daha çox praktiki bacarıqların ön planda olduğunu deyib:
“Modul tipli intensiv tədris proqramı ilə bu ixtisaslar üzrə baza biliklərinə 3 il ərzində yiyələnmək tamamilə realdır. Bundan əlavə, jurnalistika, ictimaiyyətlə əlaqələr, kitabxanaçılıq, sosial iş və müəyyən tətbiqi dizayn sahələrində də proqramların sıxlaşdırılması və 3 illik formata keçirilməsi mümkündür. Bu dəyişiklik reallaşacağı təqdirdə tələbələr üçün həm vaxta, həm də maliyyə resurslarına qənaət ediləcək. Eyni zamanda gənclərin əmək bazarına daha erkən yaşda daxil olmasına və iqtisadi fəallığının artmasına təkan verəcək. Əsas məsələ isə təhsil kreditlərinin və kredit həcminin 3 il ərzində düzgün, səmərəli və balansı pozmadan sıxlaşdırılmasıdır”.
Fidan Hacızadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Sentyabr 2026 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri