Icma.az
close
up
RU
Bu tarixdən maşınlar 3 5 faiz bahalaşa bilər Açıqlama

Bu tarixdən maşınlar 3 5 faiz bahalaşa bilər Açıqlama

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Havaların sərinləşməsi, dərs mövsümünün başlaması və ictimai nəqliyyatda, o cümlədən metroda yaranan dəyişikliklər insanların gündəlik nəqliyyat seçimlərinə təsir edə bilər. Bu dövrdə şəxsi avtomobilə tələbatın artıb-artmayacağı və bunun avtomobil bazarındakı qiymətlərə necə təsir göstərəcəyi maraq doğurur.
Demokrat.az-a bu barədə açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, təkcə mövsümlə bağlı deyil, bu amil eyni zamanda dövrlə də əlaqəlidir:
 
“Zaman keçdikcə Bakıda avtomobillərin sayı artır və bu da təbiidir. İnsanların sayı artırsa, eyni zamanda infrastruktur genişlənirsə, yeni yollar salınırsa, yeni kapital yığımları həyata keçirilirsə, təbii ki, onların bir hissəsi avtomobillərə yönəlir. Bu da şəhərdə avtomobillərin sayının artmasına səbəb olur. Təbii ki, yeni dövrdə avtomobillərin sayı artacaq. Hətta mən qeyd edirəm ki, təkcə alınan avtomobillərin sayı deyil, eyni zamanda mövcud avtomobillərin küçə və prospektlərə çıxışında da artım baş verir. Sentyabr ayında ali təhsil müəssisələri, orta ixtisas və orta təhsil müəssisələri fəaliyyətə başlayır. Bu da təbii olaraq tıxacların yaranmasına və avtomobillərdən daha çox istifadə olunmasına gətirib çıxarır. Hazırda avtomobil əlçatanlığı kifayət qədər yüksəkdir. Çin Xalq Respublikasında istehsal olunan avtomobillərin bazara böyük həcmdə daxil olması avtomobil əlçatanlığını artırıb və bu da avtomobil bazarında xüsusi maraq yaradıb. Qonşu ölkələrlə, xüsusilə Türkiyə ilə müqayisədə Azərbaycanda avtomobil əlçatanlığı daha yüksək səviyyədədir. Türkiyədə orta səviyyəli, premium seqmentə daxil olmayan avtomobil əldə etmək üçün ən azı 50-60 min manat xərcləmək lazımdır”.
Sədr əlavə edib ki, Azərbaycanda isə bunun təxminən yarısı qədər məbləğə həmin avtomobili əldə etmək mümkündür: 
“Bu göstərici avtomobil əlçatanlığının yüksək olduğunu göstərir. Əgər bu tendensiya belə davam edərsə, bir müddətdən sonra Bakı şəhərində avtomobillərin hərəkəti ilə bağlı çox ciddi tıxac və problemlər yarana bilər. Bunun üçün biz dəfələrlə təklif etmişik ki, təhsil müəssisələri şəhərin kənarına çıxarılsın və daha çox kampus formatında fəaliyyət göstərsin. Digər təhsil müəssisələrinin də başlama və bitmə vaxtlarında müəyyən diferensiallıq tətbiq olunsun, yəni dərslər fərqli vaxtlarda başlasın. Eyni zamanda iş vaxtlarında da müəyyən dəyişikliklər həyata keçirilsin. Bu tədbirlər görülərsə, tıxacların qarşısını müəyyən qədər almaq olar.
Sentyabr-oktyabr aylarında həmişə avtomobil bazarında, təkcə avtomobil bazarında deyil, daşınmaz əmlak bazarında da canlanma baş verir. Məsələn, Azərbaycan bazarı üçün daha çox uyğun olan avtomobillər arasında Çin istehsalı avtomobillərlə yanaşı, Koreya, Almaniya və Yaponiya istehsalı avtomobillər də var. Bu avtomobillərin qiymətində model və markadan asılı olaraq təxminən 3-5 faizlik artımın olacağı ehtimal edilə bilər. Ciddi bahalaşma üçün isə təkcə mövsümi amil kifayət deyil, bunun üçün müəyyən iqtisadi şərtlər lazımdır. Amma qiymətlərdə hər hansı ucuzlaşmanın gözlənilməsi mümkün deyil. Əksinə, zaman keçdikcə avtomobillərin qiymətində artımın şahidi oluruq”.
Fidan Hacızadə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Avqust 2026 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see474

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see345

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see316

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see286

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see258

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see256

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see252

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see246

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see236

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see225

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see212

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see210

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see210

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see209

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see205

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see203

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see203

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see200

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see193

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri