Icma.az
close
up
RU
Menu

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

PSJ yenidən vahid lider oldu

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqlayıb

Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır?

Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır?

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Professor Aida Qasımova sosial şəbəkə hesabında magistraturaya qəbul planında ərəb ədəbiyyatına yer ayrılmamasına etiraz edib. O bildirib ki, bu yaxınlarda keçmiş tələbələrindən üç nəfər onunla əlaqə saxlayaraq magistratura imtahanında tələb olunan balı topladıqlarını deyiblər. Həmin tələbələr məhz Aida Qasımovanın təcrübəsindən faydalanmaq üçün ərəb ədəbiyyatı ixtisasını seçmək istədiklərini bildiriblər.

Lakin məlum olub ki, bu il magistratura səviyyəsində fars və türk ədəbiyyatı ixtisaslarına yer ayrılsa da, ərəb ədəbiyyatına heç bir plan yeri ayrılmayıb. Professorun sözlərinə görə, fakültə rəhbərliyi məsələdən xəbərdardır və bildirib ki, onlar yer ayrılmasını istəsələr də, Dövlət İmtahan Mərkəzi (DİM) bu tələbi nəzərə almayıb.

“Yaxşı, necə olur ki, türk və fars ədəbiyyatına yer ayrılır, amma ərəb ədəbiyyatına yox? Ərəb ölkələrinin geosiyasi mövqeyi, bu ölkələrlə dostluq əlaqələrimiz, bu sahənin Azərbaycan elmi üçün önəmi və görkəmli alimlərimizin bu fənlə bağlı fəaliyyəti nəzərə alınmırmı? Niyə məhz ərəb ədəbiyyatı üzrə magistratura ləğv edilir?”, – deyə professor sual edib.

Məsələyə aydınlıq gətirmək üçün əvvəlcə Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzin mətbuat katibi Xanlar Xanlarzadə Publika.az-a bildirdi ki, magistraturaya plan yerlərinin müəyyən edilməsi DİM-in səlahiyyətində deyil:

“DİM sadəcə olaraq ali təhsil müəssisələri üçün ayrılmış plan yerləri üzrə qəbul prosesini həyata keçirir. Bu yerlər Nazirlər Kabineti tərəfindən təsdiqlənir və bizə təqdim olunur. Yəni ixtisas üzrə yer ayrılıb-ayrılmaması bizim deyil, təhsil siyasətini formalaşdıran orqanların qərarıdır”.

Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Kəmalə Quliyeva isə bildirdi ki, plan yerlərinin müəyyən edilməsi universitetlərin deyil, Elm və Təhsil Nazirliyinin (ETN) səlahiyyətindədir.

Ümumiyyətlə, magistraturada ixtisas yerləri hansı meyarlarla müəyyən olunur? Əgər ərəb dili üzrə bakalavr pilləsində kifayət qədər tələbə təhsil alırsa, niyə bu istiqamət magistratura pilləsində davam etdirilmir? Belə yanaşma gələcəkdə ərəb dili və ədəbiyyatı üzrə mütəxəssis çatışmazlığına səbəb ola bilərmi?

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov bildirdi ki, magistratura səviyyəsində ixtisaslara yer ayrılması məsələsi təkcə təhsil siyasətinin texniki tərəfi deyil, həm də dövlətin strateji kadr hazırlığına olan baxışını, dəyərləndirmə prioritetlərini əks etdirən mühüm göstəricidir:

“Bu məsələ ilə bağlı Əmək Məcəlləsi, “Təhsil haqqında” Qanun və Nazirlər Kabinetinin 25 fevral 2010-cu il tarixli, 31 nömrəli qərarı (“Magistratura səviyyəsi üzrə kadr hazırlığının planlaşdırılması Qaydaları”) əsas hüquqi baza rolunu oynayır. Qanunvericilikdə qeyd olunur ki, magistratura üzrə qəbul planı təhsil müəssisələrinin təklifləri, ixtisaslı kadr hazırlığına dair proqnozlar və əmək bazarının tələbləri əsasında tərtib edilir. Lakin hazırda müşahidə olunan vəziyyət bu prosesin təcrübi tətbiqində ciddi uyğunsuzluqların olduğunu göstərir.

Ərəb ədəbiyyatı üzrə magistratura ixtisasının 2025-ci il üçün qəbul planında yer almaması bu sahənin sistemli şəkildə diqqətdən kənarda qalmasının təzahürüdür. Halbuki son illərin statistikası ərəb dili üzrə bakalavr pilləsində təhsil alan tələbə sayının artdığını göstərir. Təkcə 2023-cü ildə ərəb dili və ədəbiyyatı üzrə 60-dan çox tələbə dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə qəbul olunub. Bu isə o deməkdir ki, yaxın bir-iki il ərzində bu tələbələr magistratura səviyyəsinə keçmək üçün müraciət edəcəklər. Ancaq bu mərhələdə onlara uyğun ixtisas üzrə yer ayrılmaması təhsil ardıcıllığını pozur və onların ixtisas üzrə inkişafını dayandırır.

K.Əsədov məsələnin müsbət tərəfi olduğunu da bildirdi:

“Son illərdə Təhsil Nazirliyi bəzi nadir və az yayılmış dil ixtisaslarının dəstəklənməsi istiqamətində addımlar atıb. Fars və türk ədəbiyyatlarına magistr pilləsində yer ayrılması bunun nümunəsidir. Ancaq bu yanaşma bütün Şərq dillərinə bərabər tətbiq olunmayanda sistemin bütövlüyü pozulur. Ərəb dili həm İslam mədəniyyətinin əsas daşıyıcısı, həm də Yaxın Şərq ölkələri ilə diplomatik və iqtisadi münasibətlər baxımından strateji əhəmiyyətə malikdir. Bu dili bilən, ədəbiyyatına bələd olan mütəxəssislərə yalnız universitetlərdə deyil, eyni zamanda Xarici İşlər Nazirliyi, Dövlət Tərcümə Mərkəzi, jurnalistika, turizm və beynəlxalq layihələr sahəsində də ciddi ehtiyac var. Hazırda bir sıra dövlət qurumları ərəb dünyası ilə əməkdaşlığı genişləndirməyə çalışır, lakin bu istiqamətdə yerli kadr potensialı yetərli deyil.

Dünya təcrübəsinə baxdıqda görürük ki, bir çox ölkələrdə – xüsusən də Avropa İttifaqına üzv olan dövlətlərdə – strateji dillərin öyrədilməsi və bu dillərdə ədəbiyyatşünaslıq üzrə ixtisaslaşmış magistr proqramlarına xüsusi kvotalar ayrılır. Məsələn, Almaniyanın Heydelberq Universitetində ərəb dili və ədəbiyyatı üzrə ixtisaslaşma üçün dövlət sifarişi əsasında yerlər ayrılır, çünki bu sahədə kadr hazırlığı həm daxili multikultural siyasətin, həm də beynəlxalq diplomatik fəaliyyətin bir hissəsi hesab olunur. Böyük Britaniyada SOAS (School of Oriental and African Studies) ərəb dili üzrə təkcə dil yox, eyni zamanda ədəbiyyat, tarix və müasir cəmiyyətlər üzrə də magistr proqramları həyata keçirir. Bu yanaşma strateji baxışın nəticəsidir”.

Ekspert bu məsələnin Azərbaycan üçün də aktual olduğunu bildirdi:

“Əgər magistratura pilləsində ərəb ədəbiyyatına yer ayrılmırsa, bu, bir neçə il sonra ali məktəblərdə bu sahədə dərs deyəcək mütəxəssisin qalmaması ilə nəticələnə bilər. Bu isə ərəb dili ixtisasının kökündən zəifləməsi deməkdir. Eləcə də tələbələrin bu sahəyə marağını azaldacaq və ərəb dili üzrə ixtisaslaşma təhsilin alt mərhələlərində sıradan çıxacaq. Halbuki “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda göstərilir ki, ixtisaslaşma pillələri üzrə fasiləsiz təhsil zənciri təmin olunmalıdır. Bu zəncirin qırılması həmin strategiyanın pozulması deməkdir.

Bundan əlavə, ərəb dili üzrə magistr yerinin ayrılmaması müəllimlərin elmi fəaliyyətə cəlb olunması prosesinə də mənfi təsir göstərir. Çünki magistr pilləsi həm də gələcək doktorantlar üçün ilkin mərhələdir. Əgər bu sahədə magistr yoxdur, sabah elmi tədqiqatlar, dissertasiyalar, tərcümələr və dərsliklər kim tərəfindən hazırlanacaq? Bu sahədə artıq bir çox mütəxəssisin yaş həddi 60-65 üzərindədir və yeni nəslin hazırlanması üçün gecikmək təhlükəli nəticələrə gətirə bilər.

Ən əsası isə bu qərar tələbələrin akademik azadlığını məhdudlaşdırır. Ali təhsil sistemində tələbənin maraq və qabiliyyətinə uyğun olaraq ixtisaslaşma seçmək hüququ əsas prinsip sayılır. Bu hüquq yalnız inzibati qərarlarla məhdudlaşdırıldıqda təhsil sisteminə olan inam sarsılır, intellektual potensialın istiqaməti dəyişdirilir və bəzən itirilir”.

Kamran Əsədov sonda qeyd etdi ki, ərəb ədəbiyyatı üzrə magistratura ixtisasının qəbul planından çıxarılması strateji baxışın olmamasını, planlaşdırmanın yalnız texniki statistikaya əsaslandığını göstərir:

“Bu isə nə elmi, nə də milli maraqlara uyğun deyil. Elm və Təhsil Nazirliyi müvafiq sahə üzrə mütəxəssislərin, fakültələrin və tələbələrin fikirlərini nəzərə alaraq bu qərarı yenidən dəyərləndirməli və ədalətli, ardıcıl, strateji baxışa söykənən qərarlar qəbul etməlidir. Əks təqdirdə, bu sahədə yaranacaq boşluğun doldurulması illərlə vaxt aparacaq və milli təhsil sistemimiz bir sahədə daha da zəifləyəcək”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 İyul 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see771

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

11 Oktyabr 2025 12:04see574

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see424

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see281

PSJ yenidən vahid lider oldu

11 Oktyabr 2025 16:12see193

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see161

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see152

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

11 Oktyabr 2025 12:32see151

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see147

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

11 Oktyabr 2025 14:06see134

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see133

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see131

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

11 Oktyabr 2025 18:23see129

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

11 Oktyabr 2025 17:29see129

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see128

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see127

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

11 Oktyabr 2025 23:40see124

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see122

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

11 Oktyabr 2025 23:00see119

Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqlayıb

11 Oktyabr 2025 17:55see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri