Icma.az
close
up
RU
Ağır bir faciədən layk yığmağa çalışırlar Psixoloqdan SƏRT SÖZLƏR

Ağır bir faciədən layk yığmağa çalışırlar Psixoloqdan SƏRT SÖZLƏR

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Ötən gün Aktauda Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəza etməsi xalqımız üçün sarsıdıcı oldu. Qəzada həyatını itirənlərlə bağlı görüntüləri demək olar, bütün sosial şəbəkələrdə tapmaq mümkündür. Təəssüflər olsun ki, bu cür ağır situasiyalarda belə əsrin bəlasına çevrilən "baxış və bəyəni toplamaq xəstəliyi" sosial media istifadəçilərindən əl çəkmir. İstər hadisə zamanı həlak olan xanımın səsi, istərsə də digər sərnişinlərin görüntüləri qəmli melodiyalarla "bəzədilərək" təqdim olunur. Bu isə onsuz da matəm ab-havasında olan xalqa daha da iztirabdır.

Mövzu ilə bağlı psixoloq Gülnar Orucova Redaktor.az-a açıqlamasında bildirdi ki, bu cür görüntülər təyyarə fobiyası olan insanların təşvişini, narahatığını birə beş artırdı:

"Belə bir hadisənin, xüsusilə bayramqabağı baş verməsi bizi, həqiqətən məyus edir. Ancaq onlar bu hadisəni dəfələrlə paylaşım edirlər. Bununla bağlı fobiyaları olan kəslər unutmağa çalışdıqca yeni bir görüntü ilə qarşılaşırlar. Eyni zamanda tez panikaya düşən insanlar var, yaşlı təbəqələr var. Onlar bu vəziyyəti gördükcə pisləşirlər. Ağır bir faciədir. Xüsusilə uşaqların da həlak olduğu bir qəzadır. İnsanlar müxtəlif donlar geyindirməyə çalışırlar. Halbuki qara qutu açılmadan heç kim heç nə deyə bilməz və bunu paylaşıb daha çox baxış sayı qazanmaq düzgün bir fikir deyil".

Psixoloq qeyd etdi ki, "Hər şey yaxşı olacaq" deyən stüardessa xanımın səsi ilə müxtəlif roliklər hazırlayırlar:

"Əslində, bu videolar üçün siz həmin insanın ailəsindən icazə almalısınız. İcazəsi olmadan videolar paylaşmaq, bunların üzərinə "layk" yığmaq çox ayıb işdir. İnsanlığa yaraşmayan davranışdır. Xeyli insan həlak olub. Pilotlar son ana qədər çalışıb ki, nəsə etsinlər və sonda özlərini də qurban ediblər. Belə ağır bir faciədən özünüzə bəyəni yığmağa, baxış yığmağa çalışırsınızsa, biz sizə baxırıq və "nə qədər acizsiniz" deyirik, "nə qədər özgüvənsizsiniz", "nə qədər istifadəçisiz" deyirik. Dünyasını dəyişmiş insanların adından istifadə edərək özünüzü təqdim etməyə çalışırsınız".

Sevinc İBRAHİMZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Dekabr 2024 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri