Icma.az
close
up
RU
“BU, KREMLİN NÖVBƏTİ STRATEJİ SIHVİDİR İikinci Qarabağ müharibəsinin dərslərini tam anlamayıb”

“BU, KREMLİN NÖVBƏTİ STRATEJİ SIHVİDİR İikinci Qarabağ müharibəsinin dərslərini tam anlamayıb”

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Politoloq Xəzər Universitetinin professoru Ramiz Yunus bildirib ki, Azərbaycan və Ermənistan arasında real barışıq addımı atıldıqdan və bu tarixi hadisə ABŞ prezidentinin iştirakı ilə məhz Ağ Evdə baş verdikdən sonra rəsmi Kreml sanki nəzarəti itirib.

O deyib ki, Kreml Azərbaycanın üzərində real siyasi, iqtisadi və hərbi-texniki təzyiq rıçaqlarına malik olmadığından, Rusiya mediasında bütün prokreml platformalar üzərindən anti-Azərbaycan isteriyası başlanıb. Onun sözlərinə görə, bu informasiya hücumunu Rusiyada azərbaycanlı diaspor nümayəndələrinə qarşı aparılan təqiblər və həbslər izləyib.

Ramiz Yunus qeyd edib ki, eyni zamanda Ukraynada SOCAR-a məxsus enerji infrastrukturu yenidən bombalanıb. Onun fikrincə, Kreml bu kimi addımlarla Azərbaycanı qorxutmağa çalışırsa, bu, ciddi səhvdir.

“Demək olar ki, Rusiya rəhbərliyi 2-ci Qarabağ müharibəsinin dərslərini tam anlamayıb və bu gün Azərbaycan cəmiyyətinin xarici təhdidlər qarşısında nümayiş etdirdiyi güclü konsolidasiyanı yetərincə dəyərləndirmir. Bu isə Kremlin növbəti strateji səhvidir, – deyə politoloq vurğulayıb.

O bildirib ki, Cənubi Qafqazda status-kvo artıq dəyişib və bu regionda lider rolunda Azərbaycan çıxış edir. Azərbaycanın arxasında isə Türkiyə, Pakistan və İsrail kimi güclü müttəfiqlər dayanır. Yunusun sözlərinə görə, bu proses artıq Kreml tərəfindən dayandırıla bilməz.

Ramiz Yunus qeyd edib ki, Ermənistan Azərbaycanın şərtlərini qəbul edib və indi Zəngəzur dəhlizi Rusiya sərhədçilərinin deyil, ABŞ-ın nəzarətində olacaq. Bu isə, politoloqun fikrincə, Kremlin həzm edə bilmədiyi əsas məqamlardan biridir.

O əlavə edib ki, tezliklə Ermənistanla Türkiyə arasında da barışıq prosesi başlayacaq və bu zaman Rusiya hərbi infrastrukturunun – o cümlədən Gümrüdəki hərbi bazanın Ermənistandan sıxışdırılaraq çıxarılmasının şahidi olacağıq.

Yunus vurğulayıb ki, Azərbaycan 2-ci Qarabağ müharibəsindən bu günə qədər bütün cəmiyyətin misilsiz birliyini nümayiş etdirir və bu cür konsolidasiyaya postsovet məkanında heç bir ölkədə rast gəlinmir. Onun sözlərinə görə, bu, Kreml rəhbərliyinin nəzərə almalı olduğu ən mühüm faktorlardandır.

Politoloq bildirib: "Azərbaycan Rusiya ilə qarşıdurma axtarmır, lakin Kremlə bu cür kobud davranışları da güzəştə getmək fikrində deyil. Buna görə də rəsmi Bakı tərəfindən atılacaq addımlar tamamilə güzgü (simmetrik) xarakter daşıyacaq".

Ramiz Yunus əlavə edib ki, Rusiya bu gün Rusiya–Ukrayna cəbhəsində ciddi şəkildə ilişib qalıb və sərhədləri boyunca mövqelərini itirməkdə davam edir. Onun fikrincə, Moskvada bu vəziyyətdən dərs çıxarmaqdansa, eyni səhvləri təkrar etmək yolu tutulub və bu da SSRİ-nin aqibətini xatırladır.

“Rusiyanın yalnız Cənubi Qafqazda deyil, Mərkəzi Asiyada da mövqeləri zəifləyəcək. Amerikalı filosof Corc Santayana deyirdi: 'Tarixin dərslərini unudanlar, onu təkrar yaşamağa məhkumdur.'” – deyə Ramiz Yunus əlavə edib.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Avqust 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri