Bu küçədə hərəkət niyə iflic olub? Açıqlama
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Öncədən məlumat verildiyi kimi, bu gün səhər saatlarından etibarən Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən Azadlıq prospektinə kəsişməsinədək olan hissədə tərəfimizdən təmir işlərinə start verilib.
Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Anar Nəcəfli bildirib.
“Sözügedən küçə Bakı şəhərində həyata keçirilən “Genişmiqyaslı Yol Təmiri” proqramı çərçivəsində yenilənməsi nəzərdə tutulan 110 küçədən biridir. Proqram çərçivəsində indiyədək 80 küçədə təmir işləri yekunlaşdırılıb. Digər küçələrdə isə işlər mərhələli şəkildə davam etdirilir.
Süleyman Sani Axundov küçəsinin qeyd olunan hissəsində təmir işlərinin iki gün ərzində aparılması nəzərdə tutulur. Bu gün köhnə asfalt-beton örtüyünün filizlənməsi işləri həyata keçirilir. Sabah isə yeni aslaft-beton örtüyünün döşənməsinə başlanması planlaşdırılır.
İşlər yekunlaşdırılıqdan sonra sözügedən hissədə nəqliyyat vasitələrinin fəaliyyəti tam şəkildə bərpa ediləcək”.
Qeyd edək ki, bu gün Bakıda “Dərnəgül” metrosunun çıxışından üzü "Azadlıq" metrosu istiqamətində yollarda hərəkət tam dayanıb.
Baxış sayı:110
Bu xəbər 29 Sentyabr 2026 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















