Bu küçədə təmir işləri nə vaxt bitəcək? Açıqlama
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Süleyman Sani Axundov küçəsində təmir işləri davam etdirilir. Sentyabrın 29-u səhər saatlarından etibarən ərazidə təmirə başlanılıb və hazırda asfaltlanma işləri aparılır.
Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Anar Nəcəfli bildirib.
“Küçənin bir hissəsində asfaltlanma işlərinin bu gün ərzində yekunlaşdırılması nəzərdə tutulur. Digər hissədə isə kommunikasiya xəttində yaranmış problemlə əlaqədar aidiyyəti qurum tərəfindən təmir-bərpa işləri həyata keçirilir.
Kommunikasiya xəttində aparılan işlər yekunlaşdırıldıqdan sonra həmin hissədə də Agentlik tərəfindən asfaltlanma işləri görüləcək və bununla da küçədə nəzərdə tutulan təmir işləri tam başa çatdırılacaq”, - o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 01 Oktyabr 2026 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















