Bu küçədə park edilmiş maşınlar sürücülərə əngəl törətdi; arxa arxaya sürərək geri qayıtdılar VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Paytaxtın Nəsimi rayonu, Əlövsət Quliyev küçəsində park edilmiş maşınlar hərəkəti məhdudlaşdırıb.
Avtosfer.az-ın məlumatına görə, sürücülərdən biri görüntünü qeydə alaraq sosial şəbəkə hesabında paylaşıb. Videodan da göründüyü kimi, yolun sol və sağ tərəfində park edilmiş 99-SV-533 dövlət nömrə nişanlı “VAZ-2107” markalı və dövlət nömrə nişanı olmayan “KIA Rio” markalı avtomobillər sürücülərin hərəkətinə əngəl törədib. Nəticədə ərazidən keçən sürücülər maşını arxa-arxaya sürərək geri qayıdıblar.
Qeyd edək ki, video sosial şəbəkədə müzakirələrə səbəb olub. İstifadəçilərin əksəriyyəti sözügedən küçədə mütəmadi olaraq eyni halın baş verdiyini bildiriblər.
Xatırladaq ki, qanunvericiliyə əsasən, bu halda (əgər dayanma-durmanı qadağan edən nişan yoxdursa) sonradan park edilmiş maşın qayda pozmuş hesab olunur.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 28 May 2025 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















