Bu marşrut xətti üzrə “Faiqoğlu” xidmət göstərəcək Kartla ödənişə keçir
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Binəqədi qəsəbəsi Cəfər Cabbarlı küçəsi ilə “Memar Əcəmi” metrostansiyasını birləşdirən 170 saylı müntəzəm marşrut xətti üzrə avtobuslar yenilənir.
Avtosfer.az xəbər verir ki, iyulun 20-dən xətt üzrə “Xaliq Faiqoğlu” MMC sərnişinlərə xidmət göstərəcək. İlkin mərhələdə xətt üzrə “İsuzu Citibus” və “Daewoo BS90” markalı (ümumilikdə 15 ədəd) avtobuslar 8 dəqiqəlik intervalla test rejimində fəaliyyət göstərəcəklər.
Həmçinin qeyd edilən tarixdən xətt üzrə avtobuslarda elektron ödəniş sistemi (kartla) tətbiq ediləcək.
Qarşıdakı aylarda xətt üzrə bütün avtobusların yenilənməsi və intervalın daha da azaldılması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bu ilin yanvar ayında keçirdiyi müsabiqənin nəticələrinə əsasən 170 saylı müntəzəm marşrut xətti “Xaliq Faiqoğlu” şirkətinin istismarına verilib. Şirkət hazırda Bakı şəhərinin ən böyük özəl daşıyıcısıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 16 İyul 2025 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















