Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakının Binəqədi qəsəbəsində təmir işləri ilə əlaqədar 133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib.
AZXEBER.COM xəbər verir ki, Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Məhdudiyyətlə əlaqədar 133 nömrəli marşrutun son dayanacağı təmir işləri yekunlaşanadək Gülməmməd Ramazanov küçəsində müəyyən edilib.
170 nömrəli marşrutun hərəkəti isə Binəqədi qəsəbəsinin Fəhlə küçəsi ilə təmin olunacaq.
Məhdudiyyətlərin təmir işləri başa çatdıqdan sonra aradan qaldırılacağı bildirilib.
Baxış sayı:249
Bu xəbər 08 Oktyabr 2026 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















