Icma.az
close
up
RU
Bu məhsul fantastik həddə bahalaşdı Bazarda qiymət sıçrayışı

Bu məhsul fantastik həddə bahalaşdı Bazarda qiymət sıçrayışı

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Son günlərdə marketlərdə kartofun qiymətində ciddi artım müşahidə olunur. Vətəndaşlar 2 manatdan ucuz kartof tapmağın artıq mümkün olmadığını, hətta təzə kartofun qiymətinin 4 manata çatdığını qeyd edirlər. Maraqlı olan isə odur ki, qonşu ölkələrlə müqayisədə Azərbaycanda kartof daha baha qiymətə satılır. Məsələn, Ermənistanda 1 kiloqram kartof 1,1 dollara, Gürcüstanda isə 0,7 dollara təklif edilir. Lakin Azərbaycanda bu qiymət 2,2 manata qədər yüksəlib.

Bəs bu qiymət artımının səbəbləri nələrdir? Bu vəziyyətin davam etməsi ilə bağlı proqnozlar nədir və bahalaşma daha da arta bilərmi?

Globalinfo.az-a danışan iqtisadçı ekspert Toğrul Maşallı deyib ki, bahalaşma kartof idxalının artması ilə bağlıdır:

“Azərbaycanda kartof və digər meyvə-tərəvəz məhsullarında “təzə” anlayışı xüsusi əhəmiyyət daşıyır. Yəni, yeni istehsal olunmuş mövsümün ilk məhsulları ixrac olunur və bazarlarda da məhz bu məhsullar satışa çıxarılır. Lakin ölkədə uzunmüddətli saxlama infrastrukturunun soyuducu və müasir anbar sistemlərinin geniş yayılmaması nəticəsində müəyyən dövrlərdə məhsul çatışmazlığı yaranır.

Belə ki, təzə kartof hələ bazara çıxmamış köhnə məhsul artıq tükənmiş olur. Nəticədə yaranan boşluğu idxal məhsulları ilə doldurmaq məcburiyyətində qalırıq. Bu isə hər il müşahidə olunan təkrarlanan bir prosesdir. Təxminən 1-2 ay müddətində daxili bazarda kartof ehtiyacını idxal hesabına qarşılamaq zərurəti yaranır. Məhz bu dövrdə qiymət fərqləri ortaya çıxır və bazarda kartof bahalaşır.

Toğrul Maşallı

Digər tərəfdən, yerli kartof istehsalçıları və satıcıları da bazarda idxal məhsullarının olduğunu və onların yüksək qiymətlə satıldığını görərək, öz məhsullarının qiymətini süni şəkildə artırmağa başlayırlar.

Əvvəllər bu tip məhsullar əsasən İrandan idxal olunurdu, lakin son illərdə idxal coğrafiyası genişlənib. Bununla belə, təzə yerli kartof bazara çıxmağa başladıqca qiymətlərdə nisbətən sabitləşmə və hətta ucuzlaşma müşahidə olunacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Aprel 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri