Icma.az
close
up
RU
Bu məktəbdə ayaqyolunu böyüdüb sinif otağı yaradıblar FOTO/VİDEO

Bu məktəbdə ayaqyolunu böyüdüb sinif otağı yaradıblar FOTO/VİDEO

Bakupost saytına istinadən Icma.az xəbər verir.


“200 saylı Məktəb-Lisey Kompleksinin nəzdində fəaliyyət göstərən 43 saylı korpus yararsız vəziyyətdədir, tavan uşaqların başına düşə bilər”.

Bakupost.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya bir qrup valideyn müraciət edib.

Onlar bildirib ki, məktəbin döşəməsi və tavanında çökmələr mövcuddur, bu da şagirdlər üçün təhlükə yaradır: “Nərimanov rayonunda 3 korpus var, ancaq bu korpus heç vaxt təmir olunmur. Sinif otaqları bərbad vəziyyətdədir. Məktəbdə sanitar qovşağı da yoxdur, çünki onun yerini də söküb böyüdərək sinif otağı yaradıblar”.

Valideynlər, əlavə edib ki, 7-ci sinifləri sözügedən korpusa köçürmək istəyirlər: “Bu məktəb böyükdür, ona görə də çox uşaq qəbul edirlər. Tez-tez korpuslar arasında şagirdlərin köçürülməsi baş tutur. Sözügedən korpusda adətən yuxarı siniflər olur. Övladım 6-cı sinfə qədər ön korpusda təhsil alıb. İndi isə bu yararsız yerə köçürürlər. Nə baş verir, heç özümüz də anlamırıq. 7-ci sinifdə təhsil alanların valideynləri bu qərarla razılaşmır”.

Valideynlərin iddiasına görə, məktəb təmir üçün onlardan pul tələb edib: “Pulu yığıb vermədik. Çünki bu bizim işimiz deyil. Hətta ötən il valideynlər pul yığdı, yalnız bir sinif normal hala salındı. Ondan sonra həmin uşaqlar yenidən başqa korpusa köçürüldü. Məktəbin tez zamanda təmir olunmasını tələb edirik. Çünki belə halda şagirdlərin təhsil alması təhlükəlidir. Aidiyyəti qurumlara da bununla bağlı müraciətlər ünvanlamışıq”.

Məsələ ilə bağlı Məktəb-Lisey Kompleksi ilə əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirildi ki, məktəb rəhbərliyi tərəfindən həmin valideynlərə bu korpusun təmiri üçün aidiyyəti üzrə müraciət olunduğu bildirilib: “Təhsil müəssisəsində yeni tədris ili öncəsi valideynlərlə ənənəvi görüş keçirilib. Əvvəlki illərdəki ənənəyə uyğun olaraq tədris korpusu dəyişən VI və VII sinif şagirdlərinin valideynləri övladlarının təhsil alacağı korpusla tanış olublar. Valideynlər həmin tədris korpusunun durumu ilə bağlı rəylərini bildiriblər. Məktəb rəhbərliyi tərəfindən həmin valideynlərə bildirilib ki, bu korpusun təmiri üçün aidiyyəti üzrə müraciət olunub.

Bununla bağlı valideynlərdən vəsait tələb olunmasına dair iddialar tamamilə əsassızdır. Pedaqoji kollektivin əsas məqsədi yeni dərs ilində məktəbimizdə daha səmərəli təhsil mühitinin formalaşmasına və qarşılıqlı etimada əsaslanan münasibətlərin yaradılmasına nail olmaqdan ibarətdir”.

Məktəbin təmirinin nəzərdə tutulması ilə bağlı Bakı Şəhər Təhsil İdarəsi ilə də əlaqə saxladıq. Qurumdan saytımıza bildirildi ki, Bakı şəhəri Məktəb-Lisey Kompleksinin fəaliyyəti Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən nəzarətdə saxlanılır: “Yeni dərs ilinə hazırlıq çərçivəsində təhsil müəssisələrinin infrastruktur və digər istiqamətlər üzrə ehtiyacları müəyyənləşdirilib və müvafiq tədbirlərin görülməsi məsələsinə baxılır”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 29 Avqust 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri