“Bu məlumatları naməlum şəxslərə verməyin” DİN dən xəbərdarlıq
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Aprelin 29-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 14900, 6900, 2997, 1863, 1600, 1530, 1000, 1000, 1000, 999, 360, 346, 300, 268, 212, 188, 100, 100, 100, 88, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb”, - məlumatda deyilir.
Növbəti dəfə vətəndaşlara şəxsi bank məlumatlarının naməlum şəxslərə verilməməsi ilə bağlı xəbərdarlıq olunub:
“Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”.
Bu mövzuda digər xəbərlər:Bu məlumatları naməlum şəxslərə verməyin!
19 May 2025 12:11
DİN dən xəbərdarlıq: Bu kodu tanımadığınız şəxslərə verməyin!
03 Oktyabr 2025 18:30
DİN: Bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var
19 Aprel 2025 11:19
DİN dən vətəndaşlara çağırış: Şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin
08 Aprel 2025 12:25
Baxış sayı:117
Bu xəbər 30 Aprel 2025 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















