Icma.az
close
up
RU
Bu mövsüm klub olaraq zəif çıxış etdik, amma Sumqayıt daha yaxşısına layiqdir MÜSAHİBƏ

Bu mövsüm klub olaraq zəif çıxış etdik, amma Sumqayıt daha yaxşısına layiqdir MÜSAHİBƏ

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Sumqayıt"ın kapitanı Elvin Bədəlov Sportal.az saytına müsahibə verib.

- "Sumqayıt" mövsümün son görüşündə qələbə qazandı. "Səbail"lə görüşdə oyununuz necə alındı? Premyer Liqanı tərk etmiş rəqibə qarşı motivasiya olmaq yəqin ki, çətin deyildi?

- Son oyunu qələbə ilə başa vurmaq çox xoş idi. Əlbəttə ki, hazırlaşmaq çətin idi. Ancaq uşaqlar sağ olsunlar, peşəkar şəkildə hazırlaşdıq və layiqli də qələbə qazandıq. Birinci hissə bir az çətinlik çəkdik. Ancaq ikinci hissə tam olaraq nəzarətimiz altında keçdi. Gözəl qollar vurduq, bu da sevindirici oldu.

- “Kəpəz" "Turan Tovuz"a uduzsa, "Sumqayıt" mövsümü 8-ci pillədə bitirəcək. Yoxsa, sizin üçün mövsümü 8 və ya 9-cu yerdə bitirmək arasında fərq yoxdur? Əsas odur Premyer Liqada qaldınız?

- Əlbəttə, əsas odur ki, Premyer Liqada qaldıq. Amma 8-ci olsaq, daha yaxşıdır. Qismət nədirsə, o da olsun.

- Mövsümə avrokuboklarda başlayan "Sumqayıt"ın ən yaxşı halda, 8 və ya 9-cu yerdə olması səncə nə ilə əlaqədardır? Rəqiblər çox güclü oldu, liqa çətin keçdi, yoxsa "Sumqayıt"da işlər qaydasında getmədi deyə, belə alındı?

- Həm rəqiblər gücləndi, həm də biz klub olaraq zəif çıxış etdik. Belə mövsümlər bəzən olur. Amma “Sumqayıt” daha yaxşısına layiqdir. Yeni mövsüm başqa “Sumqayıt” görə bilərik.

- Səncə bu mövsüm "Sumqayıt"ın ən yaxşı və ən uğursuz oyunu hansı oldu? Xüsusi dəyərləndirəcəyin iki matç var?

Bu barədə nəsə demək çətindir. Ən yaxşı oyunumuz son matç olsun. Mövsümü qələbə ilə başa vurduq. Böyük hesabla qazandıq. Ən pis oyunumuz isə "Qarabağ"a qarşı səfərdəki görüş idi. Böyükhesablı məğlubiyyət olmuşduq.

- “Qarabağ"a keçəcəyin gündəmdə idi. Mövzu bağlanıb?

- Bəli, bu mövzu çox danışıldı. Amma bu, sadəcə internet portallarında çıxan məlumatlar idi. Mövsüm bitdi. Bu gündən sonra nəsə olarsa, danışmaq mümkündür. Hələ ki heç bir klubla bağlı real heç nə yoxdur.

- Yeni mövsüm səni yenə də "Sumqayıt"da görəcəyik? Klub sənə yeni müqavilə təklif edib?

Nəsə demək çətindir. Mövsüm yeni bitdi. Fikirləşməyə də vaxt olacaq. Klubla ilkin danışıq olub. Necə olacağını isə zaman göstərəcək.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://sportal.az
archiveBu xəbər 24 May 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri