Icma.az
close
up
RU
Bu müəllimlərin ciddi hissəsi fənn məzmununa tam bələd deyil

Bu müəllimlərin ciddi hissəsi fənn məzmununa tam bələd deyil

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Elm və təhsil naziri Emin Əmrullayev son çıxışlarının birində diqqət çəkən bir statistikaya toxunub. Nazirin sözlərinə görə, aparılan ölçmələr göstərir ki, ibtidai sinfi bitirən şagirdlərin 40-50%-i 5-6-cı siniflərin proqramını anlamaq üçün yetərli hazırlığa malik olmur. Həmçinin sertifikatlaşdırma prosesində ən aşağı nəticələr məhz ibtidai sinif müəllimləri arasında qeydə alınıb. Bu isə bir sıra ciddi suallar yaradır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirdi ki, nazirin diqqətə çatdırdığı “40-50% şagirdin ibtidai sinfi bitirdikdə 5-6-cı sinif məzmununu mənimsəməyə hazır olmaması” faktı təhsil sisteminin ən həssas qatında – ibtidai təhsil pilləsində – uzun illərdən bəri yığılan struktur problemlərin açıq göstəricisidir:

"Bu rəqəm təsadüfi dəyişən deyil, həm şagird nəticələrinin monitorinqindən, həm məktəbdaxili ölçmələrdən, həm də sertifikasiyanın nəticələrindən paralel şəkildə təsdiqini tapır. Sertifikasiya prosesində ən aşağı nəticələrin məhz ibtidai sinif müəllimləri tərəfindən göstərilməsi də problemin dərin və sistemli olduğunu sübut edir. “Ümumi təhsil haqqında” Qanunun 10.1-ci maddəsi ibtidai təhsilin əsas məqsədini şagirdin baza bilik və ilkin kompetensiyalarının formalaşdırılması kimi müəyyən edir. Əgər ibtidai mərhələdə bu baza formalaşmırsa, kurikulumun növbəti pillələrində tələb olunan analitik düşünmə, tətbiqi bacarıqlar və məntiqi ardıcıllıq şagirdlər üçün çətinləşir. Təhlil göstərir ki, ibtidai mərhələdə yaranan bu çatışmazlığın kökündə üç əsas faktor dayanır: müəllim hazırlığının keyfiyyəti, ali məktəb proqramlarının struktur uyğunluğu və işə qəbul mexanizminin köhnəlmiş filtrləri".

Mütəxəssisin fikrincə, müəllim hazırlığı illərdir ibtidai təhsil üzrə ən problemli sahələrdən biridir:

"Sertifikasiyanın nəticələri göstərdi ki, ibtidai müəllimlərin ciddi hissəsi nə fənn məzmununa, nə də metodik arsenalına tam bələd deyil. Bu, müəllimin tədris etdiyi məzmunu şagirdin yaş səviyyəsinə uyğun sadələşdirə bilməməsi, oxu-yazma bacarıqlarının mərhələli inkişafını izləyə bilməməsi və fərdi yanaşmanı düzgün qura bilməməsi ilə nəticələnir. Təkcə metodik bacarığın zəifliyi deyil, məzmunun özünə hakim olmamaq da ciddi boşluqlar yaradır. Bu boşluq şagird nəticələrində hər il daha aydın görünür".

K.Əsədov qeyd etdi ki, ali məktəblərdə ibtidai müəllim hazırlayan proqramların strukturunda da problemlər mövcuddur:

"Son on ildə ixtisasa qəbul olunan tələbələrin sayı artsa da, tədris proqramları həmin artımı keyfiyyət baxımından kompensasiya edə bilmədi. Təcrübələr azdır, real sinif mühiti ilə təmas zəifdir, tələbələr daha çox nəzəri biliklərlə məzun olur və məktəbə daxil olduqda ibtidai sinif uşağı ilə işləməyin psixoloji, didaktik və diferensial tərəflərinə tam hazır olmur. Müqayisəli statistika göstərir ki, Estoniyada ibtidai təhsil ixtisası üzrə tələbələr il ərzində ən azı 30-35 həftə məktəblərdə real təcrübə keçir, Finlandiyada isə ibtidai müəllimlər magistratura pilləsində hazırlanır və 2 mərhələli müsahibədən keçir. Azərbaycanda isə praktik baxımdan bu model hələ tam oturuşmayıb və məhz bu boşluq məktəbə yeni daxil olan müəllimlərin tədris keyfiyyətinə təsir edir".

Müsahibimizin fikrincə, işə qəbul mexanizmi də problemin bir hissəsidir:

"Bəzi illərdə keçid balları aşağı düşdüyü üçün ibtidai pilləyə hazırlıq səviyyəsi qeyri-bərabər olan namizədlər işə qəbul olunub. Regional yerləşdirmələrdə tələbat yüksək olduğundan minimal hazırlığı olan müəllimlər belə ibtidai sinifə təyin olunmuşdu. Sertifikasiyanın nəticələri göstərdi ki, bu mexanizm keyfiyyətə yox, kəmiyyətə xidmət edirdi. Nazirliyin bu problemi açıq şəkildə etiraf etməsi və nəticələri əsaslandırılmış şəkildə təqdim etməsi idarəetmədə şəffaflıq baxımından mühüm və müsbət addımdır. Dünya təcrübəsi göstərir ki, ibtidai sinif müəllimi sistemin ən güclü həlqəsi olmasa, heç bir təhsil islahatı nəticə vermir. Finlandiya ibtidai müəllimləri ölkənin ən yüksək bal toplayan tələbələri arasından seçir; Estoniya ibtidai pilləni təhsilin “strateji əsasları” adlandırır və müəllim hazırlığını ən ciddi nəzarət altında saxlayır; Koreya və Yaponiya ibtidai müəllimlər üçün fərqli sertifikasiya paketi tətbiq edir. Bu ölkələrin ortaq cəhəti odur ki, ibtidai müəllimlik həm nüfuzlu, həm məsuliyyətli, həm də ciddi seçim tələb edən ixtisasa çevrilib".

Ekspert hesab edir ki, Elm və Təhsil Nazirliyinin ibtidai təhsil üzrə statistikanı açıq şəkildə ortaya qoyması, müəllim hazırlığının zəif tərəflərini gizlətməməsi və sertifikasiyanı real diaqnostika mexanizminə çevirməsi təqdirəlayiq addımdır:

"Nazirliyin ibtidai müəllim hazırlığının standartlarının sərtləşdirilməsi, universitet proqramlarının yenilənməsi, uzunmüddətli məktəb təcrübələrinin artırılması, işə qəbulda keyfiyyət filtrinin gücləndirilməsi və ibtidai pillədə metodik dəstəyin genişləndirilməsi istiqamətində atdığı addımlar dünya təcrübəsi ilə uzlaşır və real nəticə verə bilər".

K.Əsədov bildirdi ki, dəyişəcək əsas məsələ ibtidai sinif müəllimliyinin ölkədə ən yüksək məsuliyyət və ən ciddi hazırlıq tələb edən sahəyə çevrilməsi olacaq.

"Dəyişməli olan isə yalnız müəllim hazırlığı yox, həm də universitet proqramlarının məzmun strukturu, praktik təcrübələr, diaqnostik qiymətləndirmə və işə qəbul sisteminin bütün mərhələləridir. İbtidai pillə gücləndikcə yuxarı siniflərdəki öyrənmə uçurumu azalacaq və təhsilin ümumi keyfiyyət göstəriciləri yüksələcək.

Elm və Təhsil Nazirliyinin problemin mahiyyətini düzgün diaqnoz etməsi və ciddi islahatlara hazır olduğunu göstərməsi bu sahədə dönüşün mümkün olduğunu təsdiqləyən ən vacib amildir", - deyə o vurğuladı. 

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Noyabr 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see170

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see149

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see146

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see134

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri