Bu, müsəlman əsilli insanları hədəf aldığı üçün ayrı seçkilik xarakteri daşıyırdı
Operativ MM saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hollandiyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi (AP) Sosial İşlər və Məşğulluq Nazirliyinə (SZW) müsəlman icması üzvlərinin qeyri-qanuni toplanmış şəxsi məlumatlarını iki ay ərzində məhv etməyi əmr edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Nazirliyin 2016-2019-cu illər arasında Hollandiyadakı müsəlman icmaları, şəxslər və təşkilatları gizli araşdırmalar yolu ilə izlədiyi və bu məlumatların qeyri-qanuni yollarla toplandığı bildirilib.
Araşdırmalar zamanı məlum olub ki, nazirlik özəl araşdırma şirkəti vasitəsilə məscidlərə baş çəkib və müsəlmanlar haqqında məlumatı şəxsiyyətlərini gizlədən məmurlar vasitəsilə toplayıb və ən azı 31 nəfərin xüsusi müayinədən keçdiyi məlum olub.
AP sədri Aleid Volfsen bildirib ki, bu araşdırmalarda şəxsi məlumatların toplanması qeyri-qanuni idi, çünki bunun heç bir hüquqi əsası yox idi və nazirlik məsələ ilə bağlı şəffaf deyildi. Bu, həm də əsasən müsəlman əsilli insanları hədəf aldığı üçün ayrı-seçkilik xarakteri daşıyırdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 24 Aprel 2025 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















