Bu, Nürnberq üçün heç şübhəsiz, şad xəbərdi Mahirin qərarı almanları sevindirdi
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Koreya "Seul"undan təklif almasına baxmayaraq, "Nürnberq"də qalmağı üstün tutan Mahir Emreli Almaniya mətbuatından tərif eşidib.
"Football-plus.az" xəbər verir ki, "Kicker" həmvətənimizin həm özünün, həm də komandasının parlaq gələcəyi üçün doğru seçim etdiyini yazıb. Almaniyalı həmkarlarımız Mahirin 2-ci bundesliqa təmsilçisi üçün vacib futbolçu olduğunu qeyd edib:
"Seul"a keçmək istəyən Mahir sonda ən doğru qərarı verdi və "Nürnberq"də qalmaq istədiyini dedi. Onsuz da Koreya klubu "Nürnberq"in tələb etdiyi 500 min avronu ödəmək niyyətində deyildi. İndi Emrelinun komandadan ayrılmaq ehtimalı sıfra bərabərdi. O, "instaqram" hesabında etdiyi paylaşımla azarkeşlərə səsləndi və bütün məqamlara aydınlıq gətirdi. Bu, "Nürnberq" üçün heç şübhəsiz, şad xəbərdi. Mahir performansı sayəsində komandaya yardım edə bilər. Onun nəyə qadir olduğu bəllidi. Stefanos Tzimasla birgə hücumda çıxış edən azərbaycanlı mövsümün birinci yarısında yaxşı işlər gördü. Tzimas da belə bir dostunun olmasından xoşbəxtdi. Onlar bir-birini anlaya bilir. Mahir sözünün arxasında dayanmalı, yenidən qollar vurmağa başlamadı".
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 06 Mart 2025 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















