Bu ölkə fövqəladə hərbi hazırlıq elan etdi Qadınlar da vuruşacaq
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
ABŞ prezidenti Donald Trampın sərt açıqlamalarından sonra Venesuela rəhbərliyi ölkədə fövqəladə hərbi hazırlıq elan edib.
Milli.Az xəbər verir ki, prezident Nikolas Maduro ehtiyatda olan hərbçiləri, milis qüvvələrini və hətta mülki şəxsləri silah təlimlərinə qatılmağa çağırıb.
Donald Tramp Venesuelanı ABŞ-a zorla göndərilən məhbusları geri qəbul etmədiyi üçün kəskin tonda hədələyib:
"Minlərlə insan bu canavarlar tərəfindən ağır yaralanıb, hətta öldürülüb. Onları ölkəmizdən çıxarın, yoxsa ödəyəcəyiniz qiymət hesablanmaz olacaq" .
Venesuela isə ABŞ-ı Karib dənizində "elan edilməmiş müharibə" aparmaqda ittiham edib və son hücumlarla bağlı BMT-dən araşdırma aparılmasını tələb edib.
Maduronun çağırışından sonra paytaxt Karakasın Petare məhəlləsində küçələr bağlanaraq vətəndaşlar üçün hərbi kurslar təşkil olunub. Təlimlərdə silahdan istifadə, ilkin tibbi yardım, ideoloji hazırlıq və maska taxma qaydaları öyrədilib.Oxşar tədbirlər San Cristobal və Barinas şəhərlərində də keçirilsə də, iştirakın nisbətən az olduğu bildirilir. Təlimlər "Qazarmalar xalqa gedir" şüarı altında aparılıb.
Venesuela hökuməti bildirir ki, təlimlər yalnız hərbçilər üçün deyil, mülki şəxslərin, o cümlədən qadınların da iştirakı üçün açıqdır. Əsgərlər fəhlə məhəllələrinə göndərilərək silahdan istifadəni öyrədirlər.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 22 Sentyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















