Bu ölkə maaşları saxlamaqla həftəlik iş saatını azaldıb
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Braziliya parlamenti maaşlar əvvəlki səviyyədə saxlanılmaqla iş həftəsinin 40 saata endirilməsi barədə qanun qəbul edib.
Bizim.Media AP-yə istinadən xəbər verir ki, Braziliya parlamentinin aşağı palatası iş həftəsini 40 saata endirməklə yanaşı, beş günlük iş həftəsini də qoruyub saxlayan konstitusiya düzəlişini təsdiqləyib.
Prezident Luiz İnasio Lula da Silva təşəbbüsü dəstəkləyib. Edilən dəyişiklik altıncı iş gününü ləğv edir və ən azı 37 milyon işçinin əmək haqqını təmin edir. Sənəddə həmçinin həftədə iki ardıcıl istirahət günü də müəyyən edilib.
Hazırda Braziliyada iş həftəsi 44 saatdır: beş səkkiz saatlıq növbə və altıncı gün dörd saat.
Aşağı palatada hökuməti təmsil edən millət vəkili Paulo Pimentonun sözlərinə görə, dəyişiklik həftədə altı gün işləyən az maaşlı işçilər üçün "ədaləti bərpa etmək" məqsədi daşıyır.
Qanun layihəsi şirkətlər üçün 14 aylıq keçid dövrü nəzərdə tutur, baxmayaraq ki, biznes nümayəndələri daha uzun uyğunlaşma müddətində israr edirlər. Düzəliş Senata təqdim edilib və baxılmaq üçün tarix hələ müəyyən edilməyib.
İş həftəsinin azaldılması regiondakı bir neçə ölkə tərəfindən də qəbul edilib.
Meksika 2030-cu ilə qədər tədricən 40 saata endirilməsi, Çili isə 2023-cü ildə həftədə 40 saatlıq qanun qəbul edib. (Ölkə.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 29 May 2026 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















