Bu ölkə Tehrandakı səfirliyinin fəaliyyətini dayandırır Konsulluq əməkdaşlarını Azərbaycana göndərir
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranda təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi səbəbindən Avstraliya Tehrandakı səfirliyini müvəqqəti bağlamaq və diplomatik işçilərini evakuasiya etmək qərarına gəlib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib.
Avstraliya Xarici İşlər Nazirliyinin saytında verilən açıqlamaya görə, səfirliyin bütün əməkdaşları və onların ailə üzvləri ölkəni tərk edəcək. Yeganə istisna, hökumətin böhrana reaksiyasını koordinasiya etmək üçün regionda qalacaq səfirdir.
İranı tərk edən Avstraliya vətəndaşlarına kömək etmək üçün Azərbaycana konsulluq əməkdaşları ezam olunub. Açıqlamada vurğulanıb ki, İranı təhlükəsiz şəkildə tərk edə biləcək bütün avstraliyalılar bunu mümkün qədər tez etməlidirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 20 İyun 2025 07:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















