Kazanda Baku Dvorik restoranının fəaliyyətini məhkəmə dayandırıb
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Tatarıstanın paytaxtı Kazanda "Baku Dvorik" restoranının fəaliyyətini məhkəmə dayandırıb.
Newscenter.az "Kommersant"a istinadən bildirir ki, müştərilər Verka Serduçka mahnısı sədaları altında rəqs etdikdən sonra məhkəmə obyektin bağlanması haqqında qərar çıxarıb. Qanun pozuntuları Tatarıstan prokurorluğunun yoxlamasından sonra aşkar edilib.
Novo-Savinovski Məhkəməsinin sənədlərinə görə, müəssisə rəhbəri dəfələrlə Rusiya Federasiyası Silahlı Qüvvələrini nüfuzdan salmağa yönəlmiş ictimai hərəkətlərə yol verib.
Binanın kirayəçisi OOO Buta və təşkilatın direktoru Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsinə (Rusiya Federasiyasının və onun vətəndaşlarının maraqlarını qorumaq üçün Rusiya Silahlı Qüvvələrindən istifadəni nüfuzdan salmağa yönəlmiş açıq hərəkətlər) əsasən müvafiq olaraq 300.000 rubl və 100.000 rubl məbləğində cərimələniblər.
Kafedə yanğın təhlükəsizliyi və terrorizmə qarşı mübarizə qaydalarının da pozulduğu aşkar edilib.
Cavid
Bu mövzuda digər xəbərlər:Kazanda uçuşlara məhdudiyyət qoyuldu
31 Dekabr 2024 11:13
Kazanda reyslər təxirə salındı
27 Dekabr 2024 10:24
“Show Baku” restoranının fəaliyyəti dayandırıldı
13 Fevral 2025 11:03
Kazanda 15 polis qidadan zəhərləndi
08 Avqust 2025 17:37
Kazanda itlər qadını parçalayaraq öldürdülər
10 Noyabr 2024 08:27
Baxış sayı:90
Bu xəbər 25 Dekabr 2025 00:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















