Bu ölkədə 13 15 yaş arasındakı gənclərə sosial media hesablarının bağlanacağına dair bildirişlər göndərildi
Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.
"Instagram", "Facebook" və "Threads" platformalarında 13–15 yaş arasındakı avstraliyalı gənclərə hesablarının bağlanacağına dair bildirişlər göndərilməyə başlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, üç platformanın sahibi olan "Meta" 4 dekabrdan etibarən hesabların deaktiv ediləcəyini açıqlayıb.
Avstraliyanın 16 yaşdan kiçiklərə yönəlik sosial media qadağası 10 dekabrda qüvvəyə minəcək.
Qadağa "TikTok", "YouTube", "X" və "Reddit" kimi digər platformaları da əhatə edir.
Avstraliyanın internet nəzarət qurumu ölkədə 13–15 yaş qrupunda təxminən 150 min "Facebook" və 350 min "Instagram" istifadəçisi olduğunu hesab edir.
4 dekabrdan sonra 16 yaşdan aşağı şəxslərin yeni hesab yaratması da qadağan ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 20 Noyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















