“Bu, ölkədə demokratik ənənələrin mövcudluğunun göstərcisidir” Partiya sədri
Icma.az, Yenicag saytına istinadən bildirir.
“İstəyimiz ondan ibarətdir ki, konkret məsələlər üzrə də müzakirələr təşkil olunsun”.
Bunu “Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” mövzusunda iqtidar və müxalifət nümayəndələri arasında keçirilən görüş barədə fikirlərini bölüşən Respublikaçı Alternativ Partiyasının sədri Natiq Cəfərli Yenicag.az-a açıqlamasında deyib.
O bildirib ki, bu tip görüşlərdə konkret məsələlərin müzakirə edilməsinin məqsədəuyğun olacağını düşünür:
“Ümumilikdə, belə görüşlərin təşkil olunması çox pozitivdir. Bu dövlət qurumları ilə siyasi partiyalar arasında sağlam münasibətlərin inkişaf etməsinə səbəb olur, amma arzumuz, istəyimiz ondan ibarətdir ki, konkret məsələlər üzrə də müzakirələr təşkil olunsun. Bu, kifayət qədər effekt verə bilər. Məsələn, təhsil siyasəti, iqtisadi, sosial siyasət, mədəni siyasət və sair. Öz çıxışımda da bu bunu diqqətə çatdırdım”.
Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu isə bu görüşü 2020-ci ildə başladılmış iqtidar-müxalifət dialoqunun yeni mərhələsi adlandırıb:
“Suverenliyimizin, ərazi bütövlüyümüzün bərpasından sonra keçirilən və dövlətçiliyə xidmət edən çox möhtəşəm tədbir oldu. Mövzunun quruluşunun seçilməsi, mövzu ətrafında siyasi partiya rəhbərlərinin çıxışları, mövzudan kənar siyasi partiya rəhbərlərinin müxtəlif təklifləri, bu təkliflərə dövlət qurumları tərəfindən verilən reaksiyalar hər biri pozitiv düşünməyə əsas verir.
Hesab edirəm ki, 5 il bundan öncə başladılmış bu dialoqun növbəti və daha böyük mərhələsinə qədər qoyduq. Fikrimcə, bu tip tədbirlər bundan sonra çox olacaq və ölkədəki siyasi partiyalar arasında olan həmrəyliyi, milli dövlətçilik məsələlərindəki birliyin bir qədər də güclənməsinə xidmət edəcək. Hesab edirəm ki, iqtidarlı, müxalifətli – siyasi partiyaların, fərqli düşünən partiya liderlərinin bir masa arxasında əyləşməsi, öz fikirlərini, öz siyasi partiyalarının fikirlərini digər partiya rəhbərləri, o cümlədən dövlət rəsmiləri ilə bölüşməsi və bu səpkidə olan fikirlərin media önündə dilə gətirilməsi ölkədə həm də demokratik ənənələrin mövcudluğunun açıq və bariz nümunəsi, göstəricisidir. Ümumilikdə, tədbiri yüksək qiymətləndirirəm və hesab edirəm ki, zamanında keçirilmiş olduqca mühüm tədbir idi”.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 26 Fevral 2025 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















