Bu ölkədə iki nazir helikopter qəzasında öldü
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Qana Respublikasında içərisində yüksək vəzifəli şəxslər olan hərbi helikopter qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə Qana hökumətinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, qəza nəticəsində ölkənin müdafiə naziri Eduard Oman Boamah və Ətraf Mühit, Elm və Texnologiya Naziri İbrahim Murtala Məhəmməd həlak olublar.
Daha əvvəl üç ekipaj və beş sərnişini daşıyan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin radardan itdiyi bildirilmişdi.
Başqa bir məlumatda isə qəzada prezidentin müşaviri Samuel Sarponq də daxil olmaqla ümumilikdə səkkiz nəfərin öldüyü bildirilir.
Məlumata görə, əlverişsiz hava şəraiti axtarış- xilasetmə işlərini çətinləşdirib.
Hadisənin səbəbi hələlik məlum deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 06 Avqust 2025 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















