Icma.az
close
up
RU
Bu ölkədə yüzlərlə Rusiya vətəndaşına ölkədən çıxmaq əmri verildi SƏBƏB

Bu ölkədə yüzlərlə Rusiya vətəndaşına ölkədən çıxmaq əmri verildi SƏBƏB

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Latviya hakimiyyəti 841 Rusiya vətəndaşına ölkəni 13 oktyabra qədər tərk etməyi əmr edib. Buna səbəb onların latış dili biliyini təsdiqləyə bilməməsi və məcburi təhlükəsizlik yoxlamasından keçməməsidir.

Lent.az xəbər verir ki, bu barədə “Politico” nəşri Latviyanın Vətəndaşlıq və Miqrasiya İşləri İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Madara Pukeyə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiya vətəndaşları ölkədə qanuni qalmaq üçün A2 səviyyəsində latış dili biliyini nümayiş etdirməli, həmçinin təhlükəsizlik və bioqrafik məlumatların yoxlanışından keçməli, eləcə də Avropa İttifaqının uzunmüddətli rezident statusuna müraciət etməli idilər. Bu tələblər üçün son vaxt isə 2025-ci il iyunun 30-u nəzərdə tutulmuşdu.

Yeni qaydalar təxminən 30 min Rusiya vətəndaşına şamil olunub. Onların əksəriyyəti tələblərə əməl etməyi bacarıb, təxminən 2 600 nəfər isə ölkəni könüllü tərk edib. Lakin 841 Rusiya vətəndaşı tələb olunan sənədləri vaxtında təqdim etməyib.

Latviyanın Vətəndaşlıq və Miqrasiya İşləri İdarəsinin nümayəndəsi Madara Puke “Politico”ya bildirib ki, bu şəxslərə 13 oktyabra qədər ölkəni tərk etmələri barədə bildiriş göndərilib.

Bu tarixdən sonra onların Latviyada qalması qanunsuz hesab ediləcək. Belə şəxslərə sosial xidmətlər göstərilməyəcək. Əgər onlar tələblərə məntiqi izahsız əməl etməsələr, hökumət məcburi deportasiya tədbirlərinə əl ata bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 Oktyabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see205

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see205

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see196

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see174

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see166

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see158

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see142

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see141

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see141

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see133

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see131

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri