Bu ölkədən Azərbaycana gətirilən dərmanlar məhv edildi
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çindən Azərbaycana gətirilən baytarlıq preparatının minlərlə flakonunda normativ tələblərə uyğunsuzluq aşkarlanıb. Məhsulların ümumilikdə 8 016 flakonu məhv edilib.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “Yeni Sabah”a məlumat verilib.
Agentliyin həyata keçirdiyi nəzarət tədbirləri zamanı “Spektra-Vet” MMC-nin ölkəyə idxal etdiyi baytarlıq preparatlarının sınaq nəticələrində uyğunsuzluq müəyyən olunub. Sezar pizza
Belə ki, Çin Xalq Respublikasından gətirilən “Farmazin Tylo” əmtəə nişanlı baytarlıq preparatından götürülmüş nümunələrin laboratoriya sınaqları zamanı pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi üzə çıxıb.
Aşkarlanmış uyğunsuzluqla əlaqədar qanunvericiliyə uyğun qərar qəbul edilib. Nəticədə 50 ml-lik 5 010 ədəd və 100 ml-lik 3 006 ədəd olmaqla, ümumilikdə 8 016 flakon məhsul məhv edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 12 Oktyabr 2026 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















