Icma.az
close
up
RU
Bu ölkələr hərbi toqquşmaya gedir Üçüncü dünya müharibəsi ssenarisi güclənir

Bu ölkələr hərbi toqquşmaya gedir Üçüncü dünya müharibəsi ssenarisi güclənir

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Serbiya Prezidenti Aleksandar Vuçiç dünyada vəziyyətin getdikcə gərginləşdiyini bildirib. O, bütün dövlətlərin müharibəyə hazırlaşdığını vurğulayaraq, “dünyada tam xaos və çöküş hökm sürür” deyib. Vuçiçin sözlərinə görə, artıq danışıqlara deyil, qarşıdurmaya hazırlıq gedir və bu, yaxın gələcəkdə böyük münaqişələrin baş verə biləcəyinə işarədir.

Bu fikirlər real təhlükənin göstəricisidir, yoxsa siyasi ritorikadır?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, bir tərəfdən bu cür bəyanatlar liderlərin daxili auditoriyaya mesaj vermək, ictimaiyyəti səfərbər etmək və öz mövqelərini möhkəmləndirmək məqsədi daşıyır:

“Digər tərəfdən isə hazırda beynəlxalq münasibətlər sistemində müşahidə olunan qeyri-sabitlik və toqquşma meyllərinin real əksidir. ABŞ, Çin və Rusiya kimi böyük güclər arasında rəqabətin dərinləşməsi, enerji, ticarət və təhlükəsizlik sahəsində yaranan qarşıdurmalar, eləcə də regional blokların silahlanmanı artırması yeni müharibə narahatlıqlarını gücləndirir. Müasir beynəlxalq münasibətlər sistemində diplomatik dialoqun zəifləməsi və qarşılıqlı etimadsızlığın artması “danışıqlara yox, qarşıdurmaya hazırlıq” mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Dünya iqtisadiyyatında qeyri-sabitlik, qlobal silahlanma xərclərinin rekord səviyyəyə çatması, nüvə ritorikasının yenidən aktuallaşması və regional böhranların çoxalması bu fikirlərin əsasını müəyyən qədər doğruldur. Lakin bu bəyanatın tamamilə real hərbi təhlükə kimi qəbul edilməsi də düzgün olmazdı, çünki belə ritorika bəzi hallarda kiçik dövlətlərin beynəlxalq sistemdə diqqət qazanmaq və öz təhlükəsizlik narahatlıqlarını önə çəkmək üsuludur”.

Züriyə Qarayeva

Politoloq qeyd edib ki, hazırkı qlobal vəziyyətə baxdıqda münaqişə riskinin daha yüksək olduğu regionlar aydın görünür:

“Avropada Rusiya-Ukrayna müharibəsinin uzanması, NATO ilə Moskva arasında artan qarşıdurma və nüvə təhdidləri qitəni ən riskli bölgələrdən birinə çevirib. Orta Şərqdə İran-İsrail münasibətlərinin gərginləşməsi, Fələstin böhranının yenidən alovlanması və Suriya-Livan sərhədində toqquşmaların intensivləşməsi yaxın illərdə bölgədə genişmiqyaslı müharibə ehtimalını artırır. Afrikanın Sahel və Mərkəzi Afrika regionlarında silahlı qrupların fəallaşması, dövlət institutlarının zəifləməsi və etnik qarşıdurmalar bu qitədə qeyri-sabitliyi daha da dərinləşdirir. Asiyada isə Çin-Tayvan münasibətlərində hərbi risklər, Cənubi Çin dənizində suverenlik mübahisələri və Şimali Koreyanın raket sınaqları diqqət mərkəzindədir. Bütün bu mənzərə fonunda Vuçiçin bəyanatları sadəcə pessimizm deyil, qlobal siyasi sistemdəki dərin ziddiyyətlərin təzahürüdür. Dünya artıq soyuq müharibə dövründən fərqli olaraq çoxqütblü, lakin eyni zamanda daha qeyri-sabit bir mərhələyə qədəm qoyub. Belə şəraitdə kiçik və orta dövlətlərin əsas çağırışı böyük güclərin toqquşmasının bir hissəsinə çevrilməmək, diplomatiya və iqtisadi əməkdaşlıq vasitəsilə öz təhlükəsizliklərini qorumaqdır. Vuçiçin xəbərdarlığı, bəlkə də, bu reallığın ən qısa ifadəsidir: beynəlxalq sistemdə sülh artıq sabit vəziyyət deyil, qorunması üçün daim səy göstərilməli bir dəyərdir”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Oktyabr 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri