“Bu, övladlığa götürən ailələrin məsuliyyətini artıracaq” DEPUTAT
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Ailə Məcəlləsi və daha 7 qanun layihəsinə təklif edilən dəyişikliklər uşaq hüquqlarının qorunması məqsədilə qəyyumluq və himayə orqanlarına bir sıra səlahiyyətlər verilir.
Mən bu xüsusda elektron idarəetmənin qazandırdığı dividendlərə nəzər salmaq istərdim”.
Lent.az xəbər verir ki, bu barədə deputat Nigar Məmmədova açıqlama verib.
Deputat qeyd edib ki, təcrübə göstərir ki, elektron hökumət sistemi hökumət və vətəndaşlar arasında etimadın qurulmasına, nəticə etibarı ilə isə şəffaflığın və hesabatlılığın təmin olunmasına zəmin yaradır:
“Həmçinin inzibati prosesləri sadələşdirir, sənədləşmə işlərini minimuma endirir, Prosesin sürətlənməsini təmin edir, vətəndaş məmnunluğuna zəmin yaradır.
Həmçinin zəruri dövlət orqanları arasında müvafiq proseslərin sadələşdirilməsi bəzi mümkün risklərin qarşısını almış olacaq.
Belə ki, gecikmə halları minimuma endiriləcək, eyni zamanda elektron bazadan sənədlərin əldə edilməsi sayəsində uşaq hüquqlarının müdafiəsilə bağlı aidiyyatı qurumların vaxtında müdaxiləsi müvafiq riskləri ortadan qaldıracaq”.
Nigar xanım onu da qeyd edib ki, xüsusilə vurğulayır ki, yeni dəyişikliklər etimadın artmasını təmin edəcək, qəyyumluq prosesinə müsbət təsir göstərəcək:
“Bununla yanaşı, təklif olunan dəyişikliklər dövlət tərəfindən monitorinq və nəzarət funksiyalarının gücləndirilməsinə töhfə verərək, övladlığa götürən ailələrin məsuliyyətini artıracaq”.
Baxış sayı:80
Bu xəbər 07 Aprel 2025 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















