Icma.az
close
up
RU
Hacılının antimilli fəaliyyət strategiyası: Müxalifətin çirkin siyasi xətti kompleks və sistemli araşdırmanı zəruri edir

Hacılının antimilli fəaliyyət strategiyası: Müxalifətin çirkin siyasi xətti kompleks və sistemli araşdırmanı zəruri edir

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əli Kərimli ilə bağlı baş verən proseslər bütövlükdə müxalifətin radikal qanadının fəaliyyətinin hərtərəfli təftiş olunmasını zərurətə çevirib.

Ənənəvi müxalifətin siyasi fəaliyyətinin kökündə Azərbaycan dövlətinə, dövlətçiliyinə zidd əməllər dayandığı hər gün yeni inkarolunmaz faktlarla sübuta yetirilməkdədir. Bu qrupun illərdir, real siyasi müxalifət maskası ilə dövlətə xəyanət, xarici qüvvələrlə işbirliyi ilə yanaşı, maliyyə maxinasiyaları kimi ciddi cinayət hesab olunan əməllərə yol verməsi zaman keçdikcə gün işığına çıxır. Uzun illərdir müxalifətin milli təhlükəsizliyə təhdid olan, xaricdən yönəldilən təsir mexanizmlərinin genişlənməsinə şərait yaradan, ictimai rəyin manipulyasiyasına xidmət göstərən, milli kimlik və dövlətçilik anlayışının hədəfə alınmasına səbəb verən fəaliyyəti kompleks və sistemli yanaşmanı vacib edir.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, məsələ yalnız Kərimlinin dövlətə xəyanət yolu tutan Ramiz Mehdiyevlə işbirliyi içərisində olması ilə məhdudlaşmamalıdır. Bütövlükdə AXC-Müsavat cütlüyünün keçmişi və bugünkü varislərinin fəaliyyəti ciddi şəkildə təftiş olunmalıdır. Müsavat Partiyasının da ayrı-ayrı simalarının AXCP ilə eyni cəbhədə duraraq antimilli fəaliyyət göstərməsi danılmaz faktdır. Məsələn, Müsavatın keçmiş sədri, indi isə partiya məclisinin sədri Arif Hacılı ölkədaxili siyasi mübarizəni şəxsi ambisiyalar müstəvisinə daşımaq, ictimai fikri təhrif edən çağırışlarla çıxış etmək, anti-Azərbaycan ritorikası, dövlət institutlarını hədəf alan manipulyativ iddialar və sosial gərginlik yaratmağa hesablanmış bəyanatları ilə Kərimlidən heç də geri qalmayıb. Əksinə bu fəaliyyət onları birləşdirən əsas amil olub. Müxalifətçilik missiyası altında dövlətçiliyə zidd fəaliyyət göstərənlər, çirkin maliyyə maxinasiyaları ilə məşğul olanların başında Arif Hacılının yer almasını görmək üçün onun siyasi fəaliyyətinə nəzər salmaq yetərlidir.

Özünü radikal müxalifət liderlərindən biri kimi təqdim edən bu siyasi fiqurun fəaliyyəti ciddi narahatlıq doğuran və cinayət tərkibli əməllərlə zəngindir. Hacılının siyasi fəaliyyətində ölkənin milli maraqlarına zidd fəaliyyət qırmızı xətlə keçir. Ölkə daxilində qarşıdurma yaratmaq, milli həmrəyliyə zərbə vurmaq, ictimai etimadı sarsıtmaq, cəmiyyətdə parçalanma yaratmaq kimi təhlükəli nəticələrə yol açan fəaliyyət Hacılı üçün həmişə prioritet olub. 1993-cü ildə yaşanan xaos fonunda 8 ölkənin razılığı ilə hakimiyyət çevrilişi edib iqtidara gəldiklərini və hakimiyyəti tərk etməyəcəklərini fəxrlə deyən Hacılı sonrakı dönəmlərdə də xarici qüvvələrlə işbirliyində olub. Onun xarici fondlardan maliyyə alınması prosesində bilavasitə iştirakı ilə bağlı deyilənlər heç də əbəs deyil və ciddi araşdırma tələb edən məsələdir. Öz partiyadaşlarının etiraflarına görə xaricdə yaşayan azərbaycanlılar vasitəsilə, o cümlədən Almaniyada yaşayan müsavatçılardan faydalanaraq onların xətti ilə Gürcüstan üzərindən bu fondlarla əlaqəyə girib. Hacılının xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığına dair də ciddi şübhələr var. Bu işdə xarici fondlardan birinin rəhbəri olmuş bir xanım vasitəçilik edib və Hacılı Avropa xarici xüsusi xidmət orqanları ilə "bazarlama" istiqamətində də fəaliyyət göstərib. Bu radikal fiqurdan xarici fondlarla intensiv əlaqələri, həmin dairələrdən maliyyə dəstəyi alması müqabilində istənilən isə o olub ki, ölkədaxili sabitliyi pozmaqda, antimilli ritorikanı gücləndirməkdə, hakimiyyəti zorla ələ keçirmək məsələsində daha fəal olsun. Qaragüruhçuluğu, qarışıqlıq yaratmaq istedadı, digər antimilli keyfiyyətləri ilə Hacılı müxalifətin əsas və ən radikal siması olmağı bacarıb.

Hacılı ilə Əli Kərimlini birləşdirən məhz bu keyfiyyətlər olub. O, Kərimli ilə yaxın münasibətlər qurub. Həm partiya funksioneri olanda, həm başqanlıq fəaliyyəti dövründə Hacılı Kərimli ilə dəfələrlə qaranlıq görüşlər keçirib. Hacılıya mane ola biləcək keçmiş müsavatçılar haqqında Kərimlinin troll qrupları vasitəsilə aşağılayıcı statuslar yazmaq da bu razılaşmanın detalları sırasında yer alıb.

Hacılının çirkin siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri də "mühacir alveri"dir. Məhz bu kontekstdə bilinən və bilinməyən faktlar bu şəxsin və ətrafının əsl mahiyyətini təsəvvür etməyə imkan verməklə yanaşı, məsələnin ətraflı araşdırılmasını önə çəkir. "Mühacir alveri"nə yeni rəng qatan, bu alveri özünəməxsus şəkildə inkişaf etdirən Hacılının Azərbaycandan xaricə getmək, həyatını dəyişmək istəyən və Müsavata heç bir aidiyyəti olmayan şəxslərə bunun qarşılığında vizaların həllində pul müqabilində yardımçı olmaqla bağlı kifayət qədər dəlillər var. Mexanizm isə belə işləyib; partiyaya dəxli olmayan, əvəzində pulu olan şəxslərin fotoları partiya rəhbərliyi ilə çəkilib; bu fotoların özünün ayrıca qiyməti olub. Yəni malı-mala qatmayan Hacılı və ətrafı vizanın pulunu ayrı, fotonun pulunu ayrıca alıb. Bu işdə Hacılının Müsavatın başqanı İsa Qəmbərlə birgə fəaliyyət göstərməsi şübhə doğurmur. Mühacir olmaq üçün onunla şəkil çəkdirmək istəyən şəxslərə Qəmbər həvəslə həmişə zaman ayırıb.

Hacılının "mühacir biznesi"ndə ilkin qiymətlər belə olub: vətəndaşın Müsavatın üzvü olması ilə bağlı partiya başqanı kimi Hacılının imzasının atıldığı arayış 1000 avro; Qəmbər və özü ilə şəkil çəkdirilməsi ilə verilən arayış (mühacirətə göndərilən müştəri onların ortasında olmaqla) 1500 avro.

"Mühacir alveri"ndə Hacılıya başqan Qəmbərlə yanaşı, Müsavatın digər yetkililəri, xüsusilə Gülağa Aslanlı, bir zamanlar Binəqədi Rayon Təşkilatının sədri olmuş Tofiq Yaqublu böyük dəstək verib və şərikli bu prosesi yürüdüblər. Cəmiyyətə "təmiz", "kristal şəxs" kimi təqdim olunan Yaqublu rayon təşkilatının sədri və daha sonra isə sədr müavini olarkən kifayət qədər ciddi rəqəmlərlə ifadə edilən saxta arayışlar hazırlayıb. Guya Müsavatın rayon təşkilatının üzvləri olması barədə ayrı-ayrı vətəndaşlara köhnə tarixlə üzvlük haqqında arayışlar verilib.

Hacılının və yaxın ətrafının fırıldaqları, "mühacir alveri"nin ifşası sonradan bu biznesin qurbanı olan şəxslər tərəfindən ictimaiyyətə açıqlanmaqla başlayıb. Belçikada, Almaniyada, Fransada mühacirətdə olan şəxslər, onların müvəqqəti yaşamaq icazəsi baş tutmayanda açıqlamalar verərək, iddialar irəli sürüblər. Bu iddiaları jurnalist araşdırmaları, ardınca açılan cinayət işləri də təsdiqləyib. Jurnalist Elbəyi Həsənlinin vaxtilə bu barədə geniş araşdırmasında Hacılının indiyə qədər mühacirətə getmək üçün təxminən 100-dən çox şəxsə saxta arayış təqdim etdiyi yer alıb. Azərbaycan vətəndaşlarına verilən bu arayışların heç də hamısı yararsız olmayıb. Onların bir qismi Almaniyada və s. ölkələrdə müvəqqəti yaşamaq icazəsi ala bilib, bu icazəni ala bilməyənlər isə prokurorluğa müraciət ediblər. 2016-cı ildə Almaniyada siyasi sığınacaq almış jurnalist və Müsavat Partiyasının üzvü Yafəs Həsənov da mətbuata açıqlamasında Müsavatın 10 ildir, bu işlə məşğul olmasını bildirib. Onun sözlərinə görə, 2015-ci ildə Azərbaycan valyutasının çökməsindən sonra bu biznes sahəsi çiçəklənmə dövrünə qədəm qoyub. Bu biznesdə həm Azərbaycanda, həm də xaricdə olan Müsavat üzvləri iştirak ediblər.

Qeyd edək ki, bütün bu dəlillər Hacılının və partiya rəhbərliyində ona yaxın olan şəxslərin mühacir biznesi ilə bağlı Azərbaycan Respublikası Prokurorluğunda cinayət işi açılması ilə nəticələnib. Sonradan Almaniya prokurorluğu da bu barədə cinayət işi açıb. Almaniyada da oxşar cinayət işinin açılması Hacılının bu biznesi həmin ölkəyə daşıması nəticəsində baş verib. Belə ki, Hacılı Almaniyada Müsavat Partiyasının və müxalifətin Avropa Koordinasiya Mərkəzi (AKM) adlı təşkilatını yaradıb və bu işləri etibarlı adamı, Kəlbəcərin keçmiş icra başçısı İlham Həsənova həvalə edərək təşkilata rəhbər qoyub. Frankfurtda təsis olunan AKM 2016-cı ildən Avropada Müsavatın fəaliyyətini koordinasiya edən qurum kimi tanınıb. Mühacir biznesini Almaniyada çiçəkləndirən Hacılının tapşırığı ilə həmin qurum adından müraciət edən şəxslərə 2000-3000 avro, bəzən daha yuxarı məbləğ qarşılığında arayışlar verilib. Qısası, Almaniyanın özündə arayışlar verilməklə bu alver daha əlçatan edilib. 2019-cu il noyabrın 13-də alman polisi ölkənin 13 mərkəzində Azərbaycandan gələn mühacirlər arasında reyd keçirib. Azərbaycana deportasiya olunan vətəndaşlar sırasında adları olan şəxslərin bir qisminin adları Müsavatın mühacir biznesində yer alanlar olması açıqlanan ayrı-ayrı siyahılarla təsdiqini tapıb.

Bununla bağlı İlham Həsənov zamanında Almaniyanın rəsmi qurumları tərəfindən cinayət məsuliyyətinə cəlb olunub, hətta həbs edilib. Partiya arayışları məhkəmə qərarı ilə ləğv olunub və "hüquqi" qüvvəsini itirib. Bundan sonra Hacılının "mühacir biznesi" süquta uğrayıb.

Beləliklə, Hacılı və ətrafının törətdikləri əməllərin hüquqi məsuliyyət yaratdığını qətiyyətlə söyləmək mümkündür və hamını öz adı ilə çağırmağın vaxtıdır. Bu şəxslərin fəaliyyətinin təftiş olunması üçün daha nə baş verməlidir ki?! Müxalifətçilik missiyası altında dövlətçiliyə zidd fəaliyyət göstərənlər, çirkin maliyyə maxinasiyaları ilə məşğul olanlar üçün mühakimə vaxtı yetişib. Əli Kərimli, Arif Hacılı, daha kimlər...zaman göstərəcək! Sonuc olaraq antimilli ritorika, milli dəyərlərə qarşı yönəlmiş təbliğat və xarici fondların təsiri altında aparılan destruktiv fəaliyyətlər qəti şəkildə rədd edilməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://baku.ws
archiveBu xəbər 11 Dekabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see270

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see245

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see238

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see236

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see233

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see172

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see147

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see130

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see127

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see124

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri