Bu peşə və ixtisaslar aktual peşə və ixtisas siyahısına əlavə ediləcək
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yaşıl iqtisadiyyat və gələcəyin peşələri istiqamətində müəyyən edilmiş 25 yeni peşə və ixtisas aktual peşə və ixtisas siyahısına əlavə ediləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Qeyd edilib ki, peşə hazırlığı proqramlarının əmək bazarının mövcud və perspektiv tələblərinə uyğunlaşdırılması məqsədilə İxtisas təsnifatının yenilənməsi istiqamətində əmək bazarı üzrə təhlillər həyata keçirilmiş, əldə edilmiş nəticələr əsasında əsaslandırılmış təkliflər hazırlanıb. Nəzərə çatdırılıb ki, həmin təkliflərə uyğun olaraq yaşıl iqtisadiyyat və gələcəyin peşələri istiqamətində müəyyən edilmiş 25 yeni peşə və ixtisasın mövcud 175 aktual peşə və ixtisasın siyahısına əlavə edilməsi üzrə müvafiq işlər həyata keçirilməkdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 13 Mart 2026 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















