Icma.az
close
up
RU
Bu peşələr ləğv olacaq

Bu peşələr ləğv olacaq

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Texnologiyanın sürətli inkişafı və həyat tərzinin dəyişməsi bir çox ənənəvi peşələrin geriləməsinə səbəb olur. Hər bir peşə müəyyən bacarıq və biliklərin nəticəsidir, lakin zamanla yeni texnologiyalar və dəyişən iqtisadi şərtlər bəzi sahələri köhnəlmiş hesab etdirir. Bu dəyişikliklər Azərbaycanda da özünü göstərir və əmək bazarını yenidən formalaşdırır.

Bəs hansı peşələrə artıq unudulmaq üzrədir?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən təhsil eksperti Elçin Süleymanov bildirib ki, peşələrin aktuallığını itirməsi təbii bir prosesdir, çünki cəmiyyət inkişaf etdikcə əmək bazarı da dəyişir:

"Dünya İqtisad Forumu"nun 2025-ci ilin yanvar ayında açıqladığı “Gələcəyin peşələri” hesabatında qeyd edilir ki, hər il mövcud peşələrin təxminən 10–15%-i aktuallığını itirəcək. Xüsusilə süni intellektin və texnologiyanın sürətli inkişafı nəticəsində əvvəllər onlarla insanın gördüyü işləri süni intellekt daha tez və dəqiq yerinə yetirə bilir. Biznes isə keyfiyyətin artırılması və maya dəyərinin azaldılmasına yönəldiyi üçün bir neçə nəfərin gördüyü işi proqramlar vasitəsilə daha sürətli və ucuz həyata keçirməyə üstünlük verir. Bu səbəbdən bəzi peşələr aktuallığını itirsə də, eyni zamanda yeni peşələr də yaranır. Bu dinamik prosesdir. Daha çox ənənəvi, fiziki və zehni gücə əsaslanan peşələr müəyyən qədər aktuallığını itirir. Məsələn, kassir, anbarçı, kitabxanaçı kimi ixtisaslar müəyyən mərhələdən sonra elektron sistemlərlə əvəz olunur. Bir neçə il əvvəl insanlar maaşını kassirdən alırdılarsa, indi birbaşa bank hesabı vasitəsilə həyata keçirirlər. Nəticədə kassir və xəzinədar kimi vəzifələrə tələbat azalır. Oxşar dəyişikliklər mühafizə xidmətində də müşahidə olunur. Əvvəllər daha çox fiziki işçi tələb olunurdusa, indi elektron kamera və uzaqdan idarəetmə sistemləri işçi sayının azalmasına səbəb olur".

Onun sözlərinə görə, konkret peşə adından çox, ümumilikdə iş fəaliyyətinin rəqəmsallaşması və optimallaşması prosesinə görə müəyyən peşələr aradan çıxır:

"İllər əvvəl metro çıxışlarında fotoşəkil çap edən kiçik obyektlər var idi. Daha sonra fotoqrafiya tamamilə rəqəmsallaşdı, insanlar şəkilləri kağız formatında deyil, telefon yaddaşında saxlayır. Eyni zamanda toy çəkilişləri də ənənəvi operatorlardan dron çəkilişlərinə keçdi. Avtomobil sahəsində də dəyişikliklər baş verdi: mexaniki avtomobil ustaları müəyyən qədər elektrikli avtomobil mütəxəssislərinə uduzdular. Kənd təsərrüfatında da ənənəvi üsullardan müasir texnologiyalara əsaslanan intensiv təsərrüfata keçid müşahidə olunur. Ümumiyyətlə, məhsuldarlığı aşağı, maya dəyəri yüksək olan işlərdə müəssisələr daha səmərəli və ixtisaslı kadrlara üstünlük verir. Bu səbəbdən əmək bazarında yalnız texniki bilik deyil, həm də müxtəlif bacarıqlar kollektivlə işləmək, riskləri idarə etmək, stresə davamlılıq, kritik və yaradıcı düşüncə qabiliyyətləri daha çox tələb olunur. Eyni zamanda satış sahəsində də ənənəvi satışın müəyyən hissəsi onlayn satışa, elektron ticarətə və beynəlxalq ticarətə yönəldi. Hazırda böyük topdansatış mərkəzləri mövcuddur, lakin müəyyən müddətdən sonra onların da yerini onlayn platformalar tuta bilər, çünki insanlar daha sürətli, rahat və az xərcli alış-veriş üsullarına üstünlük verirlər".

Ekpert qeyd edib ki, aktuallığını uzun müddət qoruyacaq peşələr də var:

"Kompüter mühəndisliyi, kibertəhlükəsizlik, data analitikası, səhiyyə xidməti, fizioterapiya və yaşlılara qulluq kimi sahələrdə tələbat artmaqdadır. Xidmət və turizm sektorları, orqanik və intensiv kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji istehsalı, bu sahələrin avadanlıqlarının təmiri üzrə mütəxəssislərə ehtiyac artır. Həmçinin sosial media mütəxəssisləri və media dizaynerlərinə də tələbat getdikcə yüksəlir".

Ülkər Cəlilzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 15 Avqust 2025 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see903

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see361

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see321

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see308

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see285

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see275

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see239

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see237

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see219

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see207

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see207

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see204

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see204

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see204

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see197

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see191

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see191

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see191

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see178

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri