Bu platformalar vasitəsilə startaplar və sahibkarlar maliyyə cəlb edə biləcəklər Millət vəkili
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
"İstər yardım kampaniyaları, istərsə də digər sosial kampaniyalar kartdan-karta əməliyyatlarla bağlı riskli əməliyyatlar hesab olunmur. Riskli əməliyyat sayılmadıqları üçün banka əvvəlcədən məlumat verməklə həmin kampaniyaları hər hansı məhdudiyyət olmadan həyata keçirmək mümkün olacaq. Bu baxımdan, xüsusilə təhsil, sosial və səhiyyə sahələri üzrə təşkil olunan kampaniyaların keçirilməsində hər hansı maneənin yaranacağı gözlənilmir”.
Millət vəkili Vüqar Bayramov bu fikirləri 525.az-a söyləyib. Millət vəkili vurğulayıb ki, bu kampaniyalarla bağlı əsas tələb bankın məlumatlandırılması ola bilər:
“Qeyd etdiyimiz kimi, həmin kampaniyalar riskli hesab edilmir. Buna görə də banklar tərəfindən onlara məhdudiyyət tətbiq olunacağı gözlənilmir. Sadəcə, bununla bağlı banka məlumat verilməsi tələb oluna bilər”.
Deputat bildirib ki, kartdan-karta köçürmələrə tətbiq olunan yeni qaydalar “Kraudfandinq haqqında” qanunla ziddiyyət təşkil etmir:
""Kraudfandinq haqqında" qanunda xüsusi platformaların yaradılması nəzərdə tutulur. Bu platformalar vasitəsilə startaplar və sahibkarlar maliyyə cəlb edə, onlayn səhmlərin yerləşdirilməsini, həmçinin bəzi hallarda yardım və ianələrin toplanmasını həyata keçirə biləcəklər.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 19 Avqust 2026 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















