Icma.az
close
up
RU
“Bu problem dünənin, bu günün işi deyil...” Video

“Bu problem dünənin, bu günün işi deyil...” Video

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Şəmkirin “Kraz yolu” adlanan yaşayış massivinə gedən yolda çuxurların sayı və ölçüsü o həddə çatıb ki, bəzi hissələrdə hərəkət etmək mümkün deyil...” 

Bu şikayətlə “Qafqazinfo”ya Şəmkir sakini Əfqan İslamlı müraciət edib. 

Vətəndaş bildirib ki, təxminən 2 kilometr uzunluğunda olan yol sahəsində asfalt örtüyü tamamilə sıradan çıxıb: “Vəziyyət acınacaqlıdır, diametri 1 metrə, dərinliyi isə 20 santimetrə çatan çuxurlar əmələ gəlib. Bu problem dünənin, bu günün işi deyil, Şəmkir- Gədəbəy yolunda hərəkət edən ağır tonnajlı yük maşınlarının uzun illər ərzində yoldan intensiv istifadə etməsi nəticəsində yaranıb”. 

Şikayətçi həmçinin qeyd edib ki, yolun deformasiyası tədricən artsa da, son 15 il ərzində burada əsaslı təmir işləri aparılmayıb: “Yolun bərbad vəziyyəti nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir, avtomobillərə ciddi ziyan vurur və xüsusilə yağışlı havalarda bizim üçün əlavə problemlər yaradır. İstəyirik ki, bununla bağlı tezliklə tədbir görülsün”. 

Məsələ ilə bağlı Şəki Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, Şəmkir - Gədəbəy avtomobil yolunun Şəmkir şəhərinə aid hissəsi Səməd Vurğun küçəsindən keçir: “Həmin küçənin yol örtüyü əsaslı təmir olunur və zərurət yarandığı hallarda Şəmkir RİH tərəfindən cari təmir işləri aparılır. Sözügedən “Kraz yolu” adlanan yol isə Səməd Vurğun küçəsinə paralel yerləşir.

Şəmkir - Gədəbəy yoluna alternativ olaraq əsasən ağır tonnajlı nəqliyyat vasitələrinin hərəkəti üçün inşa edilib. Yolun sıradan çıxmış hissələrində cari təmir işlərinin aparılması Şəmkir Rayon İcra Hakimiyyətinin növbəti dövr üçün layihə planında nəzərdə tutulub”. 

Fidan Etibar 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 İyun 2026 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see232

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see160

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see160

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see158

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see157

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see157

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see156

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see154

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see154

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see154

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see154

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see153

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see153

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see153

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see151

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see149

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see149

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see148

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see148

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri