Icma.az
close
up
RU
Bu qanun Konstitusion hüquqların təminatına qarşıdır Deputatlar nə fikirləşir, hara baxır?

Bu qanun Konstitusion hüquqların təminatına qarşıdır Deputatlar nə fikirləşir, hara baxır?

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

 “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun vətəndaşın Konstitusion hüquqlarının təminatını əmlakdan asılı edir.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun çox ziddiyyətli, qüsurlu, həm də Konstitusiyaya zidd olan bir normativ hüquqi aktdır.

Bu Qanunda evi, mənzili olmayan vətəndaşların yaşayış yeri üzrə qeydiyyat məsələsinə dair heç bir konkret norma yoxdur.

Qanun sadəcə tələb edir ki, vətəndaş istəsə də, istəməsə də, mütləq əvvəlcə yaşayış yeri üzrə hansısa evə daimi qeydiyyata düşməlidir. Bu o deməkdir ki, evsiz bir adam kirayədə qaldığı evdə daimi qeydiyyata düşməlidir. Biz də bilirik ki, heç kəs kirayəçini öz evinə daimi qeydiyyata salmır.

Beləliklə də, bu Qanun evsiz-eşiksiz vətəndaşları, yəni ev ala bilməyən vətəndaşları faktiki olaraq cəmiyyətdə dost-tanış arasında dəyərsiz hala salmış olur. Qanun vətəndaşdan tələb edir ki, qeydiyyata düşmək üçün öz adında mütləq evə və ya mənzilə malik olmalı və yaxud qohumun və ya dostunun evindən istifadə etməlidir. Nəticədə evi olmayan vətəndaş qeydiyyatsız yaşamalı olur, və şəxsiyyət vəsiqəsi götürə bilmir. Şəxsiyyət vəsiqəsi olmayan vətəndaş isə heç bir iş görə bilməyəcək, notarial hərəkətlərin aparılmasında iştirak edə bilməyəcək, alqı-satqı əməliyyatlarında iştirak edə bilməyəcək, bankdan kredit götürə bilməyəcək, öz adına VÖİN açıb sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməyəcək, dükandan kreditə telefon ala bilməyəcək, nikaha daxil ola bilməyəcək, TƏBİB-in qaydalarına görə yerli poliklinikalarda müalicə ala bilməyəcək, əməliyyat oluna bilməyəcək və s. Bir sözlə, Qanun evsiz vətəndaşı çıxılmaz vəziyyətə salıb. Tutaq ki, hansısa vətəndaşın ev almağa, mənzil almağa pulu yoxdur, onda vətəndaş nə etməlidir? Ya gərək hansısa dosta, qohuma yalvarmalıdır, ya da qeydiyyatsız yaşamalıdır. Qanun faktiki olaraq vətəndaşı Konstitusiyada təsbit edilmiş bir çox hüquqlardan istifadə etməkdən məhrum edir. Bu gün 350-500 manat əmək haqqı olan vətəndaş necə mənzil alsın? Vətəndaş qeyddiyyatsız yaşayıb ayda 100 manat kənara qoymaqla 20 ilə 24 min manat yığıb, ucuz bir mənzil almaq istəsə də, yenə də ala bilməyəcək, çünki şəxsiyyət vəsiqəsiz alqı-satqı əməliyyatında iştirak edə bilməz. Belə çıxır ki, vətəndaş başqa qanunsuz və ya öz iradəsinin əleyhinə olan yollara əl ata bilər. Burada yüzlərlə hüquqi suallar ortaya çıxır. Daimi qeydiyyatı olmayan vətəndaş seçmək və seçilmək hüququndan məhrum olunur. Əvvəllər vətəndaşlar yerli polis orqanlarında qeydiyyata düşürdülər. İndi bu qayda daha tətbiq olunmur. Bugünkü zamanda da heç bir dost evsiz adamı öz evinə daimi qeydiyyata götürmür və ya götürmək istəmir, çünki ehtiyyat edir. Bilirik ki, kiminsə mənzilinə daimi qeydiyyata düşən vətəndaşın icazəsi olmadan ev sahibi evi sata bilməz. Əks halda, ev sahibi məhkəmə qaydasında evsiz vətəndaşı qeydiyyatdan çıxartmalıdır. Çünki kiminsə evinə daimi qeydiyyata düşən evsiz vətəndaş o halda yaşayış yeri üzrə qeydiyyatdan çıxarıla bilər ki, ASAN Xidmətə çıxarışı olan başqa bir evin və ya mənzilin sənədlərini təqdim etsin. Qeydiyyatdan çıxarılma haqqınqa Məhkəmə qaydasında qəbul edilmiş qətnamələr də əslində qüsurludur, çünki bu qətnamələr vətəndaşı qeydiyyatdan məhrum etməklə vətəndaşın Konstitusiyadakı hüquqlarının təminatını süni şəkildə əngəlləmiş olur. Ona görə də Dövlət evsiz vətəndaşların qeydiyyat məsələlərini öz üzərinə götürməli və vəziyyətdən çıxış yolunu dövlət müəyyənləşdirməlidir, ya da mövcud Qanuna dəyişikliklər edilməli və prosedur sadələşdirilməlidir. Digər tərəfdən daimi qeydiyyat olmadan da müvəqqəti qeydiyyata düşmək mümkün deyil. Yəni daimi qeydiyyatı olmayan evsiz vətəndaşı kiminsə evinə müvəqqəti qeydiyyata salmağa Qanun icazə vermir. Qanun tələb edir ki, müvəqqəti qeydiyyata düşmək üçün mütləq aktiv, yəni qüvvədə olan şəxsiyyət vəsiqəsi olmalıdır. Müvəqqəti qeydiyyata düşmək üçün vətəndaş gərək əvvəlcə Azərbaycan ərazisi üzrə kiminsə evində daimi qeydiyyatda olsun. Buradan başqa bir hüquqi sual ortaya çıxır: İndi vətəndaş nə etməlidir? Qanun bu suala cavab verə bilmir. Belə bir vəziyyətdə isə İnzibati Xətalar Məcəlləsinə görə vətəndaşı il ərzində süni şəkildə tətbiq ediləcək inzibati qaydada cərimələr gözləyir. İXM-nin 563-cü maddəsində də evi olmayan, yəni daimi qeydiyyatı olmayan vətəndaşları 30 manat cərimə gözləyir. Hərçənd ki, bu norma qüsurludur və buna görə də Konstitusiya Məhkəməsi bu maddənin, eləcə də İXM-nin 565-ci maddəsinin Konstitusiyaya uyğunluğuna dair rəy verməlidir. Axı biz vətəndaşımız üçün nəyə görə belə bir çıxılmaz vəziyyət yaratmışıq?

Milli Məclisdə oturan deputatlar bu Qanunu necə qəbul ediblər?

Deputatlar nə fikirləşir, hara baxırlar?

Rahim Axundov

Müstəqil ekspert

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Yanvar 2025 08:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see237

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see223

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see192

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see175

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see166

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see153

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see141

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see138

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see137

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see132

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see131

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see130

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see129

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see128

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see127

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see125

Дочь бывшего министра Суад Гараева изобразила Мехсети Гянджеви как безнравственную женщину

06 Dekabr 2025 00:35see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri