Bu qanunun müddəaları ancaq Qarabağa yönəlib, sabah elan olunsa ki... Siyavuş Novruzov
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Yeni təklif olunan qanunun içərisində ancaq işğaldan azad olunmuş ərazilər qeyd olunur, yəni bötüv Azərbaycan nəzərdə tutulmur".
Redaktor.az xəbər verir ki, bu fikirləri millət vəkili Siyavuş Novruzov bugünkü plenar iclasda səsləndirib:
"Bu qanunun müddəaları ancaq Qarabağa yönəlib. Sabah elan olunsa ki, başqa yerə mina qoyublar, bu, qanunda yer almır. Bəs həmin ərazi, insanların aqibəti necə olacaq? Onlar haqqında hansı qanun layihəsinə baxılacaq?"
"Hərbi müqavilə bağlamış statuslu insanlar hansısa hadisə vaxtı ölür, valideynləri şəhid statusu istəyirlər. Anlamaq lazımdır ki, bu ad döyüşən, can qoyan insanlara verilmədir. Bundan başqa, mina təmizləyərkən ayağını itirmiş şəxs və qəzada ayağını itirmiş şəxslə eyni dərəcələndirilməməlidir", - deyə deputat qeyd edib.
Türkan İSGƏNDƏRLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 07 Noyabr 2024 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















