Icma.az
close
up
RU
Bu qaydanı pozanlar 300 manat ödəyəcək

Bu qaydanı pozanlar 300 manat ödəyəcək

Icma.az, Bakupost saytına istinadən bildirir.


Hündür mərtəbəli binalardan zibil və ya müxtəlif tullantıların atılması həm şəhər mühitinə ciddi ziyan vurur, həm də ictimai təhlükəsizlik baxımından risk yaradır. Bu cür davranışlar ətraf mühitin çirklənməsinə, insanların sağlamlığına zərər vurulmasına və ümumi yaşayış mədəniyyətinin pozulmasına səbəb olur. Qanunvericilik isə belə halların qarşısının alınması üçün məsuliyyət tədbirləri nəzərdə tutur.

"Bakupost" xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə uyğun olaraq, məişət tullantılarının müəyyən olunmuş tutumlardan və ya urnalardan kənar yerlərə atılmasına görə məsuliyyət nəzərdə tutulur deyib.

“Belə hallarda fiziki şəxslər 300 manat məbləğində, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər isə 4000 manat məbləğində cərimə olunurlar. Bu norma ətraf mühitin qorunması, şəhər və kəndlərin sanitar-gigiyenik vəziyyətinin yaxşılaşdırılması məqsədilə tətbiq edilir. Qanunun əsas məqsədi ictimai yerlərin təmiz saxlanılmasını təmin etmək, tullantıların nəzarətsiz şəkildə ətrafa atılmasının qarşısını almaq və vətəndaşlarda ekoloji məsuliyyət hissini gücləndirməkdir. Eyni zamanda, bu qaydaların pozulması yalnız cərimə ilə deyil, həm də ictimai mədəniyyət və şəhər mühitinə birbaşa mənfi təsir göstərdiyi üçün ciddi hüquqi məsuliyyət daşıyır”, - hüquqşünas bildirib.

Beləliklə, qanunvericilik məişət tullantılarının yaşayış binalarından və ya müəyyən olunmuş yerlərdən kənara atılmasına görə inzibati məsuliyyət müəyyən edir və bu cür hallara görə yüksək məbləğdə cərimələr nəzərdə tutur.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 23 İyul 2026 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri