Icma.az
close
up
RU
Bu qədər qalstuklu adam nə iş görür?

Bu qədər qalstuklu adam nə iş görür?

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünyada cərəyan edən mürəkkəb iqtisadi proseslərin fonunda kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının dayaqlarından biri olmalıdır . Azərbaycan dövləti də bu sahənin inkişafı üçün real siyasi iradə ortaya qoyur.

Amma bu gün bu sahəyə rəhbərlik edən qurumun — Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nin fəaliyyətinə baxanda səmərəlilikdən çox, şişirdilmiş struktur və kağız üzərində işgüzarlıq görünür. Nazirliyin tərkibində onlarla idarə, agentlik və xidmət fəaliyyət göstərir. Amma bu qədər qurumun olmasına baxmayaraq, nə məhsuldarlıq artır, nə də kəndlinin vəziyyəti yaxşılaşır.

Əgər bir nazirliyin əsas vəzifəsi kənddə istehsalın artması, torpaqdan səmərəli istifadə və fermerin gəlirinin yüksəlməsi olmalıdırsa, onda sual yaranır: bəs bu qədər qalstuklu adam nəyə xidmət edir? Kənddə traktor tapılmır, gübrə bahadır, heyvanlar xəstəlikdən tələf olur, amma Bakıda saysız-hesabsız idarələr “fəaliyyət planı” hazırlayır. Bu vəziyyət real işlə imitasiya arasında uçurumu açıq şəkildə göstərir.

Son günlər bəzi bölgələrdə yayılmış dabaq xəstəliyi də bu sistemin boşluğunu bir daha ortaya çıxardı. Xəstəlik sürətlə yayılır, fermerlər öz heyvanlarını xilas edə bilmir, amma mərkəzi qurumlar yalnız məlumat toplayır və müşavirə keçirir. Bu, təkcə dabaqla bağlı deyil, illərdir brusellyoz, qarayara, göbələk və zərərverici xəstəliklər təkrarlanır, amma nəticə yoxdur. Səbəb sadədir: sahədə olan problem kabinetdən idarə edilə bilməz.

Bu qədər böyük aparatın mövcudluğu kənd təsərrüfatına xidmət etmir, əksinə, onu kağız və hesabat asılılığına salır. Nazirliyin rəhbərliyi və struktur bölmələri sahəyə enmək, fermerlərlə işləmək, problemləri yerində həll etmək əvəzinə, dekorativ işgüzarlıqla baş qatmaqdadır.

Əgər kənd təsərrüfatı doğrudan da prioritet sahədirsə, onda bürokratik yük azaldılmalı, idarəetmə sadə və sahə yönümlü olmalıdır. Kənddəki əkinçi və maldar real dəstək görmədikcə, nazirliyin saysız hesabatlarının heç bir dəyəri yoxdur.

Bu gün Azərbaycan kənd təsərrüfatına kabinetdən deyil, sahədən rəhbərlik edən bir sistem lazımdır. Qalstuklu idarəçilərin deyil, torpağın qoxusunu bilən mütəxəssislərin vaxtıdır.

Fərid Şahbazlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 04 Noyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri