Icma.az
close
up
RU
İrandan ABŞ yə yeni raket təhdidi: Avropa da hədəfə çevrilə bilər

İrandan ABŞ yə yeni raket təhdidi: Avropa da hədəfə çevrilə bilər

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

"ABŞ-nin Avropadakı hərbi bazaları İran Hərbi Hava Qüvvələrinin yeni raketlərinin nəriltisini eşitməlidir”.

Bu barədə İran ali rəhbərinə bağlı "Keyhan” qəzeti yazıb. "Təhdid coğrafiyasına qoyulan məhdudiyyətlər aradan qaldırılarsa, düşmən minlərlə kilometr uzaqlıqdakı Almaniya, Britaniya, Albaniya, Yunanıstan, Kipr və bəzi qonşu ölkələrdə yerləşən Amerika hərbi bazalarında yeni raketlərin nəriltisini eşitməlidir. İslam Respublikasının indiyədək təmkinli olması səbəbindən həmin ölkələrdəki ABŞ bazalarından qırıcıların havaya qalxmasını sadəcə seyr edən tərəflər də bu səsi eşitməlidirlər. Hazırda İranın geniş coğrafiyasının hər tərəfində SEPAH-ın raket şəhərləri və dərin yeraltı tunellərindən ibarət vahid şəbəkə qurulub. Bu şəbəkə naməlum və keçilməz qala yaradıb. Əksər əyalətlərdə, strateji dağların içində, yerin yüzlərlə metr dərinliyində yerləşən bu strateji bazalar ölkənin nəhəng çəkindirmə potensialına zəmanət verir”.

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, zaman-zaman İranın bu tip bəyanatlarını eşidirik:

"40 günlük müharibədən çıxarılan əsas nəticə bu oldu ki, İran müharibənin ilk anlarından etibarən onun miqyasını böyütməyə və regiona yaymağa çalışdı. Deyə bilərik ki, buna nail də oldu. Belə ki, İran İsraildən daha çox Körfəz ölkələrini hədəf götürərək onlara zərbələr endirdi. Bunu isə həmin ölkələrdə Amerikanın hərbi bazalarının olması ilə əsaslandırdı. Hazırkı şəraitdə İranın ali lideri bir neçə gün əvvəl Amerikanın hücuma başlayacağı təqdirdə müharibənin sərhədlərinə məhdudiyyət qoyulmaması ilə bağlı göstəriş verib. İran tərəfi bununla əlaqədar öz arsenalında olan uzaqmənzilli raketlər vasitəsilə Avropadakı Amerika bazalarına da zərbələr endirməyə çalışacağını bəyan edib. Əlbəttə ki, belə bir vəziyyət yaranarsa, bu, müharibənin arealının genişlənməsi anlamına gələcək”.

Politoloq əlavə edib ki, İran məhz müharibəni iki tərəfli çərçivədən çıxararaq geniş areala yaymaqla beynəlxalq səviyyədə daha çox dəstək qazanmağa, Amerikaya təzyiqlərin artmasına, o cümlədən Hörmüz boğazı vasitəsilə dünyanı şantaj etməyə çalışacaq:

"Belə bir vəziyyət yaranarsa, Avropa ölkələrində də ictimai rəydə anti-Amerika əhval-ruhiyyəsinin yüksəlməsinə, Amerika bazalarının Avropadan çıxarılması tələblərinin artmasına gətirib çıxara bilər. İran məhz bunu hesablayır. Amma Avropa ölkələrində NATO-nun hava hücumundan müdafiə sistemlərinin bu raketlərin qarşısını almaq imkanları da, təbii ki, zəif deyil. Yəni bu raketlərin qarşısı alına bilər. Bununla belə, müharibənin arealının genişlənməsi taktiki baxımdan İranın xeyrinə olsa da, strateji baxımdan İran üçün heç də əlverişli şərait yaratmayacaq. Belə ki, indiyədək müharibəyə qoşulmayan Avropa ölkələri anti-İran mövqelərini daha da gücləndirə bilərlər. Bu baxımdan, müharibənin arealı genişlənə bilər. Bu, gərginliyin artması deməkdir. Yaxın zamanlarda müharibənin olub-olmayacağına gəlincə isə, bunu söyləmək həddindən artıq çətindir. Çünki bu qərarı verəcək şəxs Trampdır və o da qərarını öz fikrinə uyğun olaraq dəyişə bilər. Amma hazırkı vəziyyətdə müharibə ehtimalının çox yüksək olduğunu rahatlıqla söyləmək mümkündür”.

Aynur Babazadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 11 Noyabr 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri