İranın raketlərinin sayı açıqlandı
Icma.az bildirir, Modern.az portalına istinadən.
İran ayda 50 ballistik raket istehsal edə bilir.
Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Qərb kəşfiyyat xidmətlərinə istinadən məlumat yayıb.
Bildirilib ki, bu göstərici İranın müharibədən əvvəlki raket istehsalı gücünün təxminən yarısına bərabərdir. Çoxsaylı hava zərbələrinə baxmayaraq, ölkə döyüş əməliyyatları yenidən başlayacağı təqdirdə cavab zərbələri endirmək imkanına malikdir.
Məlumata görə, İranın hazırda azı 1 700 ballistik raketi olduğu ehtimal edilir. Ölkənin raket arsenalını artırma tempi isə ABŞ-nin hərbi əməliyyatından əvvəlki dövrlə müqayisədə iki dəfə azalıb.
Nəşr, həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) noyabrın 10-da yeni yeraltı “raket şəhəri”nin görüntülərini yayımladığını qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 11 Noyabr 2026 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















