Icma.az
close
up
RU
Bu qərar qüvvədə qalsa, ABŞ məhv olacaq

Bu qərar qüvvədə qalsa, ABŞ məhv olacaq

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Tramp bildirib ki, Apellyasiya Məhkəməsinin qərarına baxmayaraq, indiyədək başqa ölkələrdən gətirilən tədarüklərə tətbiq etdiyi bütün tariflər qüvvədə qalır.

"Ölkə.az" xəbər verir ki, avqustun 29-da Kolumbiya Dairəsinin Apellyasiya Məhkəməsi Trampın hazırda qüvvədə olan bir çox tarifləri tətbiq etmək səlahiyyətinə malik olmadığı barədə qərar çıxarıb.

Bunlara aprel ayında bir sıra ölkələrə qarşı tətbiq edilən tariflər də daxildir. Vaşinqton administrasiyası bu tədbirləri cavab tədbirləri adlandırıb. Apellyasiya məhkəməsinin qərarı Trampın fevral ayında Çin, Kanada və Meksikaya qarşı tətbiq etdiyi tariflərə də aiddir. Məhkəmənin qərarına əsasən, tariflər ən azı oktyabrın 14-dək qüvvədə qalacaq. Bu möhlət Vaşinqton administrasiyasına ABŞ Ali Məhkəməsinə şikayət hazırlamaq üçün verilib.

Tramp isə Truth Social-da məhkəmə qərarına rəğmən tairflərin qüvvədə qalacağını bəyan edib: "Bütün tariflər hələ də qüvvədədir. Bu gün son dərəcə qərəzli apelyasiya məhkəməsi səhvən bizim tariflərimizin ləğv edilməsi barədə qərar çıxarıb, lakin onlar (hakimlər - red) anlayırlar ki, sonda ABŞ qalib gələcək. Tariflər nə vaxtsa ləğv olunsa, bu, ölkəmiz üçün fəlakət olacaq. Onlar bizi maliyyə cəhətdən zəiflədəcək, hansı ki, biz güclü olmalıyıq".

Tramp əmin edib ki, "Birləşmiş Ştatlar dost və ya düşmən olmasından asılı olmayaraq, digər ölkələrin böyük ticarət kəsirlərinə və ədalətsiz tarif və qeyri-tarif ticarət maneələrinə daha dözməyəcək": "Əgər bu məhkəmə qərarı qüvvədə qalsa, o, ABŞ-ı sözün əsl mənasında məhv edəcək". O qeyd edib ki, ABŞ Ali Məhkəməsində qərara etiraz edəcək. (Musavat.com)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://olke.az
archiveBu xəbər 31 Avqust 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri