Qırmızı kitab a düşmüş quş sərnişin təyyarəsinin işıqlarını zədələyib
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində "Superjet" tipli sərnişin təyyarəsi eniş zamanı nadir ağ kəkliyi ilə toqquşub. Hadisə nəticəsində təyyarənin bəzi avadanlıqları zədələnib.
BAKU.WS xəbər verir ki, Shot nəşrinin məlumatına görə, Ufa şəhərindən Novı Urenqoya uçan təyyarə enişə yaxınlaşarkən quş ön şassinin altına düşüb.
"Qırmızı kitab"a düşmüş quşla toqquşma nəticəsində təyyarənin eniş və hərəkət işıqları, eləcə də onlardan birinin elektrik birləşdiricisi zədələnib. Bu nasazlığın enişdən sonra pilotların görmə imkanlarına təsir göstərə biləcəyi bildirilib.
Buna baxmayaraq, təyyarə enişi normal şəkildə həyata keçirib. Hadisə zamanı sərnişinlər arasında xəsarət alan olmayıb.
Bu mövzuda digər xəbərlər:“Qırmızı Kitab”a düşmüş quşları ovlayan şəxs amnistiyaya düşdü
26 Yanvar 2026 09:58
Hindistanda qəzəbli izdiham Qırmızı kitab a düşmüş pələngi vəhşicəsinə öldürdü
23 May 2025 14:06
Adı Qırmızı Kitab a düşmüş qara kərkəs IDEA tərəfindən xilas edilib
07 Sentyabr 2025 15:20
“Biz bakılılar Qırmızı kitab a düşəcəyik” Müğənni
01 İyul 2025 18:11
Adı “Qırmızı kitab”a düşən pandalar FOTOSESSİYA
19 Sentyabr 2025 15:58
Baxış sayı:94
Bu xəbər 02 Noyabr 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















