Icma.az
close
up
RU
Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti

Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

2020-ci il noyabrın 8-də müzəffər Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad edərək şanlı tariximizi yazdı. İğid əsgər və zabitlərimiz şücaət göstərərək yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın tacı Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.

Şuşa təkcə möhtəşəm memarlığı və təbii gözəlliyi ilə deyil, həm də xalqımızın mənəvi və mədəni həyatında oynadığı rolu ilə seçilmişdir. Burada yaranan ədəbi və bədii mühit Azərbaycan mədəniyyətinin formalaşmasına böyük töhfə vermiş, Üzeyir Hacıbəyli, Bülbül, Xurşidbanu Natəvan, Sadıqcan, Cabbar Qaryağdıoğlu kimi dahi sənətkarlar bu torpaqdan boy göstərmişlər. Şuşa həmçinin muğamın beşiyi kimi tanınaraq, xalq musiqimizin, milli ruhumuzun və incəsənətimizin simvoluna çevrilmişdir. Bu şəhər uzun illər boyu Azərbaycan ziyalılığının, azərbaycançılıq düşüncəsinin və milli birliyin ocağı olmuş, xalqın mənəvi dirənişinin rəmzi kimi tarixə düşmüşdür. Azadlıqdan sonra Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa nəzarəti altında Şuşanın bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Qısa müddət ərzində şəhərdə mühüm infrastruktur layihələri icra olunmuş, yollar, elektrik və su xətləri çəkilmiş, yeni yaşayış məhəllələri, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri, muzeylər və turizm obyektləri inşa edilmişdir.

Prezident İlham Əliyevin xüsusi sərəncamı ilə Şuşa şəhərinə “Azərbaycan mədəniyyətinin paytaxtı” statusu verilmiş, burada “Xarıbülbül” musiqi festivalı, “Vaqif Poeziya Günləri”, beynəlxalq konfranslar və dövlət səviyyəli tədbirlər bərpa olunmuşdur. Bu tədbirlər Şuşanın qədim mədəni ruhunun yenidən dirçəlməsinə, Azərbaycanın dünyada mədəni mərkəz kimi tanınmasına böyük töhfə verməkdədir. Dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə təşəbbüsləri nəticəsində Şuşanın memarlıq siması qorunmaqla müasir tələblərə uyğun şəkildə bərpa edilir, şəhərin tarixi abidələri – Yuxarı Gövhərağa və Aşağı Gövhərağa məscidləri, Natəvanın evi, Vaqifin məqbərəsi, Xan qızı bulağı və digər mədəni irs nümunələri öz əvvəlki görkəminə qovuşur. Bu gün Şuşa təkcə Qarabağın deyil, bütün Azərbaycanın dirçəliş, qürur və milli birliyin rəmzi kimi yaşayır. Məhz bütün bu amillər nəzərə alınaraq Prezident İlham Əliyevin 2021-ci il may ayının 7-də imzaladığı Sərəncam ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Bu Sərəncam Şuşa şəhərinin əvvəlki statusunun bərpası, tarixən malik olduğu şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edir.

Elməddin ABBASOV

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Noyabr 2026 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri