Icma.az
close
up
RU
Bu qidalar ürək sağlamlığını qoruyur

Bu qidalar ürək sağlamlığını qoruyur

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Sağlam və uzun ömürlü bir həyatın sirri düzgün qidalanmada gizlidir. Mütəxəssislər bildirirlər ki, bəzi təbii qidaların gündəlik rasiona əlavə olunması ürək sağlamlığını qorumaqda mühüm rol oynayır. Xüsusilə irəliləyən yaşlarda damar tıxanıqlığı, infarkt və insult riskini azaltmaq üçün bəzi faydalı məhsulların istehlakı tövsiyə olunur.

Redaktor.az "HaberGlobal"ın araşdırmasına istinadla xəbər verir ki,  qidalar, antioksidant və sağlam yağlar baxımından zəngin olub, iltihabı azaldır, xolesterini tənzimləyir və qan dövranını yaxşılaşdırır.

Meşə giləmeyvələri: Antioksidantlarla zəngin olan yaban mersini damar iltihabını azaldır və qan təzyiqini tənzimləyir. Gündəlik az miqdarda meyvə qəbulu ürəyin müdafiəsini gücləndirir.

Somon və yağlı balıqlar: Omega-3 yağ turşuları ilə zəngin somon və sardina balıqları ürək ritmini sabitləşdirir, pis xolesterinin səviyyəsini azaldır. Həftədə ən az iki dəfə bu cür balıqların yeyilməsi tövsiyə olunur.

Avakado: Təkli doymamış yağlarla zəngin olan avokado xolesterin balansını qoruyur. Pis xolesterini azaldıb, yaxşı xolesterini artırır.

Qoz, badam və fındıq: Lif, sağlam yağlar və E vitamini ilə zəngin bu quru meyvələr damarların elastikliyini qoruyur və təzyiqi sabitləşdirir. Ara yeməklərdə bir ovuc qəbulu faydalıdır.

Zeytun yağı: Sağlam yağ mənbəyi olan zeytun yağı qan təzyiqini tənzimləyir, damar divarlarında iltihabı azaldır. Salatlarda və yeməklərdə istifadə edilməsi tövsiyə olunur.

Yaşıl yarpaqlı tərəvəzlər: İspanaq, kələm və brokoli kimi tərəvəzlər fol turşusu, K vitamini və liflə zəngindir. Bu komponentlər damar tıxanıqlığının qarşısını alır və qan dövranını yaxşılaşdırır.

Tünd şokolad (70% və yuxarı kakao tərkibli): Flavonoid maddələri ilə zəngin olan bitter şokolad, ölçülü miqdarda istifadə edildikdə, qan dövranını gücləndirir və qan təzyiqini salmağa kömək edir.

Mütəxəssislər bildirirlər ki, bu təbii və faydalı məhsulların müntəzəm olaraq qida rasionuna əlavə olunması, 90 yaşda belə sağlam və “tıkır-tıkır” işləyən bir ürəyin sirrini təşkil edə bilər. Yadda saxlamaq lazımdır ki, balanslı qidalanma ilə yanaşı fiziki aktivlik və stressin idarə olunması da ürək sağlamlığının qorunmasında əsas şərtlərdəndir.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 İyul 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri