Kreml Əbu Dabidə Ukrayna ilə bağlı danışıqların nəticələrini açıqlayıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Moskva, 12 noyabr, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin Kremldə ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşüb. Görüşdə Ukrayna ilə bağlı Əbu-Dabidə keçirilmiş üçtərəfli danışıqların nəticələri, qarşıdakı əsir mübadiləsi və münaqişənin nizamlanmasında Avropa ölkələrinin iştirakı müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Rusiya tərəfini Rusiya Prezidentinin köməkçiləri Vladimir Medinski və Yuri Uşakov, eləcə də dövlət başçısının xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev təmsil ediblər.
V.Putin humanitar məsələlərin həllində irəliləyiş əldə olunduğunu qeyd edib. O, ABŞ nümayəndələrindən Rusiya ilə Ukrayna arasında təmasların təşkilinə görə Donald Trampa, Oleşki ilə bağlı humanitar məsələnin həllində iştirakına görə isə Melaniya Trampa təşəkkürünü çatdırmağı xahiş edib.
Rusiya Prezidenti Oleşkidə həyata keçirilən missiyanın nümunəsində Konstantinovkada da humanitar missiyanın təşkilini təklif edib. O bildirib ki, şəhər Rusiyanın nəzarətindədir və missiyanın təhlükəsizliyini təmin etməyə hazırdır. Onun sözlərinə görə, Konstantinovka ətrafındakı ərazinin minalardan təmizlənməsi üçün Rusiya tərəfinə beş gün vaxt lazım olacaq.
V.Putin, həmçinin Kiyevin qaldırdığı “boz zonalar” məsələsindən Moskvanın xəbərdar olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya Ukrayna ilə yeganə sərhəd xətti kimi dövlət sərhədini qəbul edir.
Avropa ölkələrinin münaqişənin nizamlanmasında iştirakından danışan Rusiya Prezidenti Moskva ilə dialoqun Avropa tərəfinin təşəbbüsü ilə dayandırıldığını bildirib. O vurğulayıb ki, Rusiya lap əvvəldən xarici hərbi kontingentin Ukraynada mövcudluğunu qəbuledilməz hesab edib və belə qoşunlar yerləşdiriləcəyi təqdirdə onları öz silahlı qüvvələri üçün qanuni hədəf hesab edəcək. V.Putin ABŞ-nin Avropa ölkələrinə sülhü, yoxsa müharibəni seçməkdə qərarlarını müəyyənləşdirməkdə kömək edəcəyinə ümidvar olduğunu bildirib. O, Ukraynada sülhün əbədi olmasını istədiyini də əlavə edib.
Öz növbəsində, Uitkoff Əbu-Dabidə danışıqların müsbət şəraitdə keçdiyini, Rusiya və Ukrayna nümayəndə heyətlərinin səmərəli fəaliyyət göstərdiyini bildirib. O, Rusiya ilə Ukrayna arasında qarşıdakı əsir mübadiləsini müsbət qərar adlandırıb.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi əlavə edib ki, Avropa nümayəndələri Əbu-Dabidə keçirilən danışıqlarda bilavasitə iştirak etməsələr də, baş tutmuş təmaslar barədə məlumatlandırılıblar. O, Kremldəki görüşlə bağlı məlumatları Ukrayna Prezidenti Volodimir Zelenskiyə çatdıracağını da bildirib.
C.Kuşnerin sözlərinə görə, ABŞ Avropa ölkələri ilə qitədə təhlükəsizlik arxitekturasını müzakirə etməyə başlayıb. Vaşinqton Avropa ölkələrinin danışıqlarda iştirak etməyə və Ukraynadakı münaqişənin başa çatmasına kömək göstərməyə hazır olduğunu görür.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 12 Noyabr 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















