“Bu, Rusiya üçün qəbuledilməzdir”
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“NATO hərbi kontingentinin Ukraynada görünməsi Rusiya üçün qəbuledilməzdir”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikov “Rossiya-24” telekanalının efirində deyib.
Onun sözlərinə görə, NATO-ya üzv ölkələr artıq hərbi planlaşdırma ilə məşğuldurlar, silahlı qüvvələrin baş qərargah rəisləri mümkün dislokasiya rayonlarının variantlarını müzakirə edir və bununla da Rusiya ilə birbaşa hərbi toqquşma təhlükəsi yaradır.
“Biz dəfələrlə təkrar etmişik və onlar bizi dinləmək istəməsələr də, biz yenə təkrar edəcəyik ki, NATO dövlətlərinin hərbi kontingentinin Ukrayna ərazisində görünməsi bizim üçün qətiyyən yolverilməzdir və onlar üçün mənfi nəticələr verəcək”, - Maslennikov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 19 Aprel 2025 00:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















