Icma.az
close
up
RU
“Bu, Rusiyanın daha da küncə sıxışdırılmasına istiqamətlənmiş addımdır” POLİTOLOQ

“Bu, Rusiyanın daha da küncə sıxışdırılmasına istiqamətlənmiş addımdır” POLİTOLOQ

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

“Avropa Birliyi faktiki olaraq Rusiyaya qarşı ağır sanksiya siyasəti tətbiq edib və bu sanksiya siyasətində əsas məqsəd Rusiyanın enerji sektorunu hədəfə götürməkdir”.

Bu barədə Hurriyyet.az-a politoloq Zeynal Əmrəliyev Avropa səfirlərinin əsas sanksiya paketlərindən kənar Rusiyaya qarşı “kiçik blok” sanksiyaları ilə bağlı razılığa gəlmələri barədə danışarkən deyib.

““Rosneft” və “Lukoyl”a qarşı tətbiq edilən sanksiyaların ana mətnini məhz bu, təşkil edir. Digər önəmli məsələ isə artıq Avropa Birliyi fərdi şəkildə tankerlərə sanksiya tətbiq edir. Bu da həmin o sanksiya siyasətindən yayınmaların qarşısını almaq məqsədi daşıyır. Yəni Avropa Birliyi sanksiyalarla bağlı ümumi mexanizmi daha da gücləndirir”,-deyə politoloq əlavə edib.

Z.Əmrəliyev bildirib ki, bu, Rusiyanın daha da küncə sıxışdırılmasına istiqamətlənmiş bir addımdır: “Rusiya tərəfi bundan narahat olmur desək, yalan olar. Rusiyaya kifayət qədər ciddi təsir göstərir. Heç təsadüfi deyil ki, Rusiyanın iqtisadi blokuna daxil olan nazirlər bununla bağlı həyacan təbili çalırlar. Bu, artıq Rusiya biznes dünyası ilə Kreml arasındakı münasibətlərin gərginləşməsinə gətirib çıxarır”. 

 Rusiyadakı iş dünyasının əsas aktivlərinin enerji sektoru və yeraltı sərvətlərlə bağlı olduğunu bildirən Z.Əmrəliyev qeyd edib ki, ağır sanksiya siyasətinin tətbiq edilməsi bu şirkətlərin qlobal ticarət dövriyyəsinin zəifləməsinə səbəb olacaq amildir: “Belə olan halda, mən inanmıram ki, bu şirkətlər Kremlə qarşı müsbət xarakterli addımlar atsınlar. Təbii ki, mənfi münasibətlər olacaq və getdikcə vəziyyətin daha da gərginləşdirilməsi Rusiyada istər-istəməz daxili siyasi vəziyyətə də təsir göstərəcək amillərdən biridir. Nəzərə alaq ki, həmin şirkətlərin milyardlarla ticarət dövriyyəsi var idi və bu sanksiyalar səbəbi ilə həmin şirkətlər ticarət dövriyyəsindən məhrum oldular”. 

Z.Əmrəliyevin sözlərinə görə, bu, Rusiyanın neft ixracına da kəskin şəkildə təsir göstərəcək amildir: “Rusiya müharibədən əvvəlki dövrdə dünyada əsas enerji təchizatçılarından biri idi, dünyanın əsas neft mənbələri Rusiyanın əlində idi. Hazırda isə elə deyil. Rusiya sanki bu siyasəti təhvil verdi”.

Qeyd edək ki, TASS-ın yaydığı məlumata görə, Avropa İttifaqı səfirləri Ukraynada müharibənin başlanmasından sonra, ilk dəfə olaraq əsas sanksiya paketlərindən kənar Rusiyaya qarşı məhdud sanksiya blokunun tətbiqini təsdiqləyiblər. Bildirilir ki, Avropa İttifaqının qara siyahısına “kölgə donanması”na aid təxminən 40 tanker, 10 fiziki şəxs daxil olacaq.

CAVİD

Share

Tweet

Email

Share

Share

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Dekabr 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri